“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi
Komissiyası haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1994-cü il 3 mart tarixli 93 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 137
Bakı şəhəri,
9 aprel 2018-ci il
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanının 3.6-cı bəndinə
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1994-cü il
3 mart tarixli 93 nömrəli
qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası
üzvlərinin siyahısı”nın
“Komissiyanın üzvləri”
bölməsində “Azəravtoyol”
Açıq Səhmdar
Cəmiyyətinin sədri”
sözləri “Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.-
10 aprel.- S.4.