“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması, müntəzəm
daşınması və
zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 140
Bakı şəhəri,
10 aprel 2018-ci il
“İstehsalat və məişət tullantıları
haqqında” Azərbaycan
Respublika-sının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il
15 dekabr tarixli 929-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 1 fevral tarixli 3617 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 4, maddə 388; 2007, ¹ 10, maddə 1027; 2008, ¹ 2, maddə
132; 2012, ¹ 9, maddə 920) ilə
təsdiq edilmiş “Şəhərlər və
digər yaşayış
məntəqələri ərazisinin
sanitariya qaydalarına,
gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti
saxlanılması, müntəzəm
daşınması və
zərərsizləşdirilməsi Qaydaları”nın 8.1-ci bəndinin
üçüncü cümləsindən
“(şəhər rayonları
istisna olmaqla)” sözləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 11
aprel.- S.3.