“2019-cu ildə Azərbaycan Respublikasında
əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 145
Bakı şəhəri,
12 aprel 2018-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Ə.İ.Abdullayevin Azərbaycan
Respublikası nəqliyyat,
rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsinə
təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 2 fevral tarixli 3634 nömrəli Sərəncamının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin
siyahıyaalınmasına hazırlıq
və onun keçirilməsi ilə bağlı tədbirlər
planı haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 12, maddə
2234) aşağıdakı dəyişikliklər edilsin:
1. 17-ci hissədə “Nəqliyyat
Nazirliyi” sözləri
“Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. 21-ci hissəyə “Rabitə” sözündən əvvəl
“Nəqliyyat,” sözü
əlavə edilsin.
3. Həmin qərara əlavə - “Əhalinin Siyahıyaalınmasına Yardım
üzrə Mərkəzi
Komissiyanın tərkibi”nin
“Komissiyanın üzvləri”
hissəsi üzrə:
3.1. “rabitə” sözündən
əvvəl “nəqliyyat,”
sözü əlavə
edilsin;
3.2. “Cavid Nəcəfov – Azərbaycan Respublikası
Nəqliyyat Nazirliyi Aparatının rəhbəri”
sözləri çıxarılsın.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 15
aprel.- S.4.