Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli
qərarı ilə təsdiq edilmiş “Təhlükəli
yüklərin dəniz nəqliyyatı ilə
daşınması Qaydaları”nda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 152
Bakı şəhəri, 17 aprel
2018-ci il
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, (II kitab), maddə 321; 2002, ¹ 11, maddə 675; 2006, ¹ 9, maddə 822; 2009, ¹ 8, maddə 675; 2012, ¹ 10, maddə 1021; 2014, ¹ 1, maddə 57, ¹ 10, maddə 1313) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 12.5-ci bəndinin “ı” yarımbəndində, 14.1.9-cu yarımbəndinin “d” abzasında, 14.1.17-ci yarımbəndinin birinci abzasında, 14.1.20-ci yarımbəndində, 15.5.1-ci yarımbəndinin “a” abzasında və 15.5.3-cü yarımbəndinin birinci abzasında “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
© İstifadə edilərkən
"Xalq qəzeti"nə
ist