Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli
78 nömrəli qərarı ilə təsdiq edilmiş
“Meşə fondunun mühafizəsi,
qorunması və meşələrin bərpası
Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 153
Bakı şəhəri, 17 aprel
2018-ci il
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının
1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 5, maddə 359; 2005, ¹ 1, maddə 49, ¹ 9, maddə 855; 2015, ¹ 1, maddə 67; 2016, ¹ 12, maddə 2225) ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 2.2-ci bəndinin üçüncü abzasında “papiros” sözü “tütün” sözü ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
20 aprel.- S.8.