Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli
220 nömrəli qərarı ilə təsdiq edilmiş
“Təhlükəli yüklərin hava nəqliyyatı
ilə daşınması Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 155
Bakı şəhəri, 17 aprel
2018-ci il
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 12, maddə 871; 2007, ¹ 12, maddə 1336; 2009, ¹ 2, maddə 144, ¹ 8, maddə 675, ¹ 9, maddə 738; 2016, ¹ 12, maddə 2229) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “6.3.3. 3-cü sinif” bölməsinin “Təhlükəsizlik tədbirləri” hissəsinin ikinci absasının ikinci cümləsində “siqaret” sözü “tütün” sözü ilə, üçüncü cümləsində “Siqaret çəkməməli” sözləri “Tütün çəkmək qadağandır” sözləri ilə əvəz edilsin.
2. “6.3.4. 4-cü sinif” bölməsinin “Yüklərin müvəqqəti saxlanılması” hissəsinin üçüncü abzasında, “6.3.8. 8-ci sinif” bölməsinin “Təhlükəsizlik tədbirləri” hissəsinin dördüncü abzasında, 16.1-ci bəndin dördüncü abzasında və 16.2-ci bəndin beşinci abzasında “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.
3. 10.16-cı bəndin üçüncü cümləsində “Siqaret çəkmək qəti qadağandır” sözləri “Tütün çəkmək qadağandır” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
20 aprel.- S.8.