“Məhkumların
yemək və maddi-məişət normalarının
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 156
Bakı şəhəri,
17 aprel 2018-ci il
“Tütün məmulatlarının
istifadəsinin məhdudlaşdırılması
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 29
dekabr tarixli 1774 nömrəli Fərmanının
1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Məhkumların yemək və maddi-məişət
normalarının təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 9, maddə
634; 2006, ¹ 5, maddə 460; 2008, ¹ 2, maddə 130; 2011, ¹ 10, maddə
973; 2013, ¹ 10, maddə 1210) ilə
təsdiq edilmiş 3 nömrəli əlavənin
“Qeydlər” hissəsinin
1-ci bəndində “Siqaret”
sözü “Tütün”
sözü ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 20
aprel.- S.8.