“Fitosanitar
nəzarəti sahəsində bəzi normativ
hüquqi aktların təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 157
Bakı şəhəri, 17 aprel
2018-ci il
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1, maddə 54; 2009, ¹ 1, maddə 32; 2016, ¹ 11, maddə 1948) ilə təsdiq edilmiş “Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları”nın 16-cı hissəsinin birinci cümləsində “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 20
aprel.- S.8.