Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 oktyabr tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmişBakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 159

Bakı şəhəri, 17 aprel 2018-ci il

 

 Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqındaAzərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 oktyabr tarixli 179 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 10, maddə 910) ilə təsdiq edilmişBakı Metropolitenindən istifadə Qaydaları”nın 5.1.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“5.1.2. stansiyaların vestibüllərində, keçidlərində, platformalarında vaqonlarda tütün çəkmək;”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 20 aprel.- S.8.