Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
25 iyul tarixli 283 nömrəli qərarı
ilə təsdiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu
silahın, onun patronlarının, digər
silahın və döyüş sursatının
saxlanılması Qaydası”nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 163
Bakı şəhəri, 17 aprel
2018-ci il
“Tütün məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il
1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 29
dekabr tarixli 1774 nömrəli Fərmanının
1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
25 iyul tarixli 283 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016,
¹ 7, maddə 1362) ilə
təsdiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş
odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması
Qaydası”nın 3.6-cı bəndinin
ikinci cümləsində
“siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
20 aprel.- S.8.