Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı
ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində
təhsilalanların yekun qiymətləndirilməsinin
(attestasiyasının) aparılması Qaydaları”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 166
Bakı şəhəri,
17 aprel 2018-ci il
“Tütün
məmulatlarının istifadəsinin məhdudlaşdırılması
haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr
tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli
Fərmanının 1.1.6-cı yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli
498 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217)
ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində
təhsilalanların yekun qiymətləndirilməsinin
(attestasiyasının) aparılması Qaydaları”nın
2.17.3-cü yarımbəndində “siqaret” sözü
“tütün məmulatı” sözləri ilə əvəz
edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 20 aprel.- S.8.