Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39
nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə
qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 169
Bakı şəhəri, 17 aprel
2018-ci il
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 292, ¹ 10, maddə 1905; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 fevral tarixli 47 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4.3-cü yarımbəndində “siqaret” sözü “tütün məmulatı” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 24
aprel.- S.5.