Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40
nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin və
Azərbaycan Milli Elmlər Akademiyasının
magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 170
Bakı şəhəri, 17 aprel 2018-ci il
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 293; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 fevral tarixli 48 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 6.4.3-cü yarımbəndində “siqaret” sözü “tütün məmulatı” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 24 aprel.- S.5.