“Kənd təsərrüfatı məhsullarının
istehsalçılarına əkin
sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə
görə dövlət
büdcəsinin vəsaiti
hesabına yardımların
verilməsi Qaydaları”nın
və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən
kənd təsərrüfatı
məhsullarının istehsalçılarına
mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə
satılması Qaydaları”nın
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 175
Bakı şəhəri,
17 aprel 2018-ci il
“Bitkiçilikdə intensiv
inkişafın təmin
edilməsi sahəsində
əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 2 mart tarixli
3739 nömrəli Sərəncamının
1-ci və 3-cü hissələrinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına
əkin sahəsinin becərilməsində istifadə
etdiyi yanacaq və motor yağlarına,
habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin
vəsaiti hesabına yardımların verilməsi
Qaydaları”nın və
“Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyəti
və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd
təsərrüfatı məhsullarının
istehsalçılarına mineral gübrələrin, biohumusun
və pestisidlərin güzəştlə satılması
Qaydaları”nın təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 2, maddə
192, ¹ 11, maddə 1184; 2008, ¹ 6, maddə 587; 2010, ¹ 12, maddə
1124; 2012, ¹ 8, maddə 811; 2013, ¹ 7, maddə 882, ¹ 12, maddə
1633; 2014, ¹ 2, maddə 201, ¹ 6, maddə 736, ¹ 8, maddə
1004; 2015, ¹ 1, maddə 60, ¹ 5, maddə 675, ¹ 6, maddə
795, ¹ 8, maddə 968, ¹ 10, maddə
1237, ¹ 12, maddə 1577; 2016, ¹ 5, maddə 955, ¹ 6, maddə
1190, ¹ 12, maddə 2238; 2017, ¹ 3, maddə 507, ¹ 8, maddə
1602, ¹ 12 (II kitab), maddə
2495) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissədə “100 manat” sözləri “150 manat” sözləri ilə və “10 manat” sözləri “50 manat” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli
əlavə - “Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyəti
və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd
təsərrüfatı məhsullarının
istehsalçılarına mineral gübrələrin, biohumusun
və pestisidlərin güzəştlə satılması
Qaydaları”nın 1.2-ci bəndinin
ikinci cümləsində
“100 manat” sözləri
“150 manat” sözləri
ilə və “10 manat” sözləri “50 manat” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 24
aprel.- S.5.