Turizm ölkənin inkişafının

prioritet istiqamətlərindəndir

 

Qeyri-neft sektorunun əsas sahələrindən olan turizmin inkişafına dövlətimiz son illər xüsusi qayğı göstərir. Prezident İlham Əliyev turizmlə bağlı dövlət proqramlarının qəbul edilməsi haqqında sərəncamlar imzalamış onların reallaşmasını daim diqqət mərkəzində saxlayır. Aprelin 18-də keçirilmiş andiçmə mərasimindəki nitqində Prezident turizmin inkişafına münasibət bildirərək demişdir: “2004-cü ildə Azərbaycana xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı üç milyona çatacaqdır. Biz ölkəmizi dünyada tanıtdıra bilmişik. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula 1” yarışları, siyasi, humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etdi. Bununla paralel olaraq, xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, təhlükəsizlik, gözəl infrastruktur, şərait, tarixi abidələrimiz Azərbaycanı sürətlə inkişaf edən böyük turizm mərkəzinə çevirir. Əlbəttə, bu, ölkəmizə valyuta gətirir, bu, ölkəmizi daha da gücləndirir bu sahədə minlərlə yeri yaradılır yaradılacaqdır.”

Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da Prezident İlham Əliyev turizmin inkişafına xüsusi diqqət yetirmişdir. Dövlət başçısı demişdir: “Turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik. Biz indi elə bir şərait yaratmışıq ki, Azərbaycanı dünyada çox yaxşı tanıyırlar, bizim çox gözəl beynəlxalq imicimiz var”.

 Məhz bunun nəticəsidir ki, Azərbaycana gələnlərin sayı getdikcə artır. Bunun obyektiv səbəbləri var. Əvvəla, Azərbaycan son illər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir. Beynəlxalq idman yarışları, mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar digər tədbirlər ölkəmizin turizm potensialı ilə xarici vətəndaşların tanışlığına geniş imkan yaradır. Dövlət başçısı çıxışında daha sonra deyib: “Biz beynəlxalq tədbirlər keçiririk. Qeyd etdiyim kimi, təkcə “Formula-1” yarışlarının Bakı şəhərinin küçələrində keçirilməsi, görün turist axınına qədər təkan verdi”.

Bu gün turizmin inkişafı ilə bağlı hər cür şərait yaradılmışdır. Turizm Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" bu sahənin gələcək inkişafının yeni hədəflərini müəyyənləşdirmişdir. Bu sahədə görülən işlər öz nəticəsini verməkdədir. Dövlət başçısının "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi “ASAN vizasisteminin yaradılması haqqında" (1 sentyabr 2016-cı il), habelə 20 fevral 2017-ci il tarixli "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamları ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Prezidentin dediyi kimi, "ASAN viza" sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin etmişdir.

Azərbaycan Respublikasının Prezidenti çıxışında bəzi neqativ halların hələ qalmasına kəskin münasibətini bildirmişdir. “90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. İndi bu sahədə təkmilləşmə işləri aparılacaqdır. Çünki, əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”.

Bu gün Qafqaz regionundan keçərək Avropa ilə Asiyanı birləşdirən qədim ticarət marşrutu şəbəkəsi olanBöyük İpək Yolumədəni turizm marşrutu turistlər üçün olduqca cəlbedicidir. Eləcə , müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədiləAleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri”, “Azərbaycanda polyak izləri”, “Babaların tarixi zəfər şəhadət yolukimi mədəni turizm marşrutları yaradılmış, bir çox marşrutlar pasportlaşdırılmışdır. Strateji Yol Xəritəsi çərçivəsində qeyd olunan beynəlxalq mədəni turizm marşrutlarının müasir tələblərə uyğun olaraq yenidən tədqiq edilməsi müvafiq infrastrukturun yaxşılaşdırılması planlaşdırılır.

Strateji Yol Xəritəsində qeyd olunur ki, qonşu dövlətlərdən daha çox turist cəlb etmək qlobal miqyasda daha çox tələbatın olduğu ölkələr üçün ixtisaslaşmış turizm məkanına çevrilmək Azərbaycanın hər iki sahə üzrə üstünlüyünü daha da artıra bilər. Mövcud imkanpotensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir.

Prezident İlham Əliyev çıxışında turizmin inkişafı ilə bağlı bir məsələni də xüsusi olaraq diqqətə çatdırdı: “Turizmlə bağlı bizim əlavə addımlarımız dəmir yolu ilə bağlıdır. Mən bu layihəni artıq bəyan etmişəm. Biz bu il Qəbələ şəhərinə dəmir yolu çəkməyə başlayırıq. Bu, o bölgəyə turist axınını təmin edəcək. Bu il Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır. Yəqin ki, gələn ildən başlayaraq biz bu dəmir yollarını əsas turizm yerlərinə çəkəcəyik”.

Ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi, həyata keçirilən davamlı tədbirlər turizmin bütün sahələrində mühüm nailiyyətlər qazanılmasına imkan yaradacaqdır. Xüsusilə cənab Prezidentin fərmanı ilə Dövlət Turizm Agentliyinin yaradılması bu sahənin inkişafına güclü stimul verəcəkdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 27 aprel.- S.10.