“Əcnəbilərin
və vətəndaşlığı
olmayan şəxslərin
Azərbaycan Respublikasının
ərazisində müvəqqəti
olma müddətinin uzadılması, müvəqqəti
və ya daimi yaşamaq üçün icazənin,
o cümlədən iş
icazəsinin verilməsi
(və ya müddətinin uzadılması)
üçün ərizə-anket
nümunələrinin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 176
Bakı şəhəri,
27 aprel 2018-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının
ərazisində müvəqqəti
olma müddətinin uzadılması, müvəqqəti
və ya daimi yaşamaq üçün icazənin,
o cümlədən iş
icazəsinin verilməsi
(və ya müddətinin uzadılması)
üçün ərizə-anket
nümunələrinin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 2, maddə
195; 2015, ¹ 10, maddə 1222; 2016, ¹ 8, maddə 1451) aşağıdakı
dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə
- “Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma
müddətinin uzadılması
üçün ərizə-anket”
üzrə:
1.1.
13-cü hissədən “və
ya miqrasiya sahəsində qanunvericiliyin
tələblərini pozduğunuza
görə inzibati məsuliyyətə cəlb
edilmisinizmi” sözləri
və “or involved into administrative liability
for violation of the requirements of migration legislation” sözləri
çıxarılsın;
1.2. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:
13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini
pozduğunuza görə
inzibati məsuliyyətə
cəlb edilmisinizmi
(Have you
ever been involved into administrative liability for violation of the
requirements of the legislation in sphere of migration)
bəli / yes xeyr /no
13-1.1. nə vaxt
(when)
13-1.2. səbəbi
(reason)
13-1.3. hansı orqan tərəfindən
(name of authority)
2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə
- “Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının
ərazisində müvəqqəti
yaşamaq icazəsinin
verilməsi (müddətinin
uzadılması) üçün
ərizə-anket” üzrə:
2.1. 13-cü
hissədən “və
ya miqrasiya sahəsində qanunvericiliyin
tələblərini pozduğunuza
görə inzibati məsuliyyətə cəlb
edilmisinizmi” sözləri
və “or involved into administrative liability
for violation of the requirements of migration legislation” sözləri
çıxarılsın;
2.2. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:
13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini
pozduğunuza görə
inzibati məsuliyyətə
cəlb edilmisinizmi
(Have you
ever been involved into administrative liability for violation of the requirements
of the legislation in sphere of migration)
bəli / yes xeyr / no
13-1.1. nə vaxt
(when)
13-1.2. səbəbi
(reason)
13-1.3. hansı orqan tərəfindən
(name of authority)
3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Əcnəbilərə
və vətəndaşlığı
olmayan şəxslərə
Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin
uzadılması) üçün
ərizə-anket” üzrə:
3.1.
13-cü hissədən “və
ya miqrasiya sahəsində qanunvericiliyin
tələblərini pozduğunuza
görə inzibati məsuliyyətə cəlb
edilmisinizmi” sözləri
çıxarılsın;
3.2. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:
13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini
pozduğunuza görə
inzibati məsuliyyətə
cəlb edilmisinizmi
bəli xeyr
13-1.1. nə vaxt
13-1.2. səbəbi
13-1.3. hansı orqan tərəfindən
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 28
aprel.- S.9.