Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
22 iyul tarixli 263 nömrəli qərarı
ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən
malların və nəqliyyat vasitələrinin
bəyan edilməsi Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 178
Bakı şəhəri,
27 aprel 2018-ci il
“Mülki dövriyyənin müəyyən iştirakçılarına
mənsub ola bilən və dövriyyədə olmasına
xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il
25 aprel tarixli 655-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 16
iyun tarixli 2997 nömrəli Sərəncamının
1.4-cü bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
22 iyul tarixli 263 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 7, maddə 951, ¹ 12, maddə
1653; 2015, ¹ 5, maddə 615; 2016, ¹ 10, maddə 1727; 2017, ¹ 4, maddə
621, ¹ 9, maddə 1759, ¹ 11, maddə
2149) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən
malların və nəqliyyat vasitələrinin
bəyan edilməsi Qaydaları”nın 2.6.13-cü yarımbəndinin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.6-1-ci yarımbənd əlavə
edilsin:
“2.6-1. gözün buynuz qişası idxal edildikdə, bu Qaydaların 2.5.1-ci yarımbəndində
göstərilən sənədlərin
əvəzinə gözün
buynuz qişasının
köçürülməsi ehtiyacları üçün
gətirilməsi nəzərdə
tutulan resipiyentin ixtisaslaşdırılmış tibb müəssisəsinə
sifarişi, gözün
buynuz qişasını
tədarük edən
qurumla (Göz Bankı) ixtisaslaşdırılmış
tibb müəssisəsi
arasında bağlanılmış
müqavilə və gözün buynuz qişasının Göz
Bankı Assosiasiyaları
Qlobal İttifaqı
(Global Alliance of Eye Bank Associations) tərəfindən
akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük
olunmasını təsdiq
edən sənəd, ixrac edildikdə isə bu Qaydaların
2.5.1-ci yarımbəndində göstərilən sənədlərin
əvəzinə gözün
buynuz qişasının
köçürülməsi ehtiyacları üçün
aparılması nəzərdə
tutulan resipiyent barədə məlumatlar,
Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank
Associations) tərəfindən akkreditasiya olunmuş gözün buynuz qişasını qəbul
edən Göz Bankı ilə ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış
müqavilə.”.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.-
29 aprel.-S.1.