Azərbaycan–mədəniyyətlərarası dialoq məkanı

 

“Bakı prosesi” – 10

 

Azərbaycan–mədəniyyətlərarası dialoq məkanı 

Müstəqillik qazandıqdan sonra ölkəmiz dünya dövlətləri ilə yaxınlaşmaq, beynəlxalq təşkilatlarla əlaqələr qurmaq üçün inamlı addımlar atır. Bunun nəticəsidir ki, artıq Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların üzvüdür, onların imkanlarından kifayət qədər faydalanır. Ulu öndərin uğurlu xarici siyasət kursunu böyük əzmkarlıqla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyevin ideyalarını daha da zənginləşdirərək, ölkəmizin dünya dövlətləri arasında mövqeyini möhkəmləndirmiş, Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlət kimi tanınmışdır.

Bu gün Azərbaycan dünyada yaranmış qlobal problemlərin həllinə kömək göstərən təşəbbüslərlə çıxış edir. Onlardan ən əhəmiyyətlisi dünya dövlətlərini mədəniyyətlərarası dialoqa, multikultural dəyərlərdən faydalanmağa dəvət etməsidir.

Azərbaycan Prezidenti düz on il əvvəl “Bakı prosesi” ilə bağlı təşəbbüs irəli sürmüşbu, dünya dövlətləri tərəfindən məmnunluqla qarşılanmışdır. Dünyanın məşhur dövlət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri, politoloqlar “Bakı prosesi” tədbirlərində iştirak etmişonun barəsində yüksək fikirlər söyləmişlər.

“Bakı prosesi” ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən malik olduğumuz mehriban birgəyaşayış ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması və ölkəmizin belə məsələlərdə interkultural körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir. Yəni, “Bakı prosesi” həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur. Xatırladaq ki, “Bakı prosesi” çərçivəsində ilk dəfə 2008-ci il dekabrın 2-3-də paytaxtımızda təşkil olunmuş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropaonun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdırmövzusunda konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsi də dəvət edildi və həmin tədbirdə yeni bir formatın əsası qoyuldu. “Bakı prosesinin davamlılığını təmin etmək məqsədilə 2009-cu il oktyabrın 13-15-də Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransına Azərbaycanın təşəbbüsü ilə İslam ölkələri ilə yanaşı, 10-dan artıq Avropa dövləti dəvət olundu. Azərbaycan tərəfindən atılan bu addımlar beynəlxalq tədbirlərin iştirakçılarının tərkibinin müəyyənləşdirilməsinə yeni ənənələr gətirdi. Konfransın ilk günü tədbirdə iştirak etmiş Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında “Mədəniyyətlərarası dialoqmövzusunda “dəyirmi masakeçirildi və birgə kommunike qəbul edildi.

2010-cu ildən isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başladı. Həmin il sentyabrın 23-də BMT-nin Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edildi. Nəticə etibarilə dövlət başçısının himayəsi altında 2011-ci il aprelin 7-9-da Bakıda I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil edildi.

UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq təşkilatlar forumun təşkilində əsas tərəfdaş kimi çıxış ediblər. Forum öz formatına görə ilk daimi tədbirdir ki, onun tərəfdaşları, eyni zamanda, dövlət və beynəlxalq təşkilatlardır.

Artıq dünyanın müxtəlif ölkələrində bu beynəlxalq forumunn 10 illik yubileyi ilə bağlı tədbirlər keçirilir.

 Onlardan biri barədə məlumat vermək istərdik. Parisdə Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı iləBakı prosesi”nin yubileyi qeyd edilib. Tədbiri açan vəkil Alen TremolyerBakı prosesihaqqında məlumat verib bu platformanın mədəniyyətlər dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürüldüyünü bildirib.

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbir barədə daha ətraflı danışıb. O deyib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrilə qədimdən sülh şəraitində birgə yaşayır. O, Azərbaycanın son on il ərzində müntəzəm olaraq dünya ölkələrinin siyasi, mədəniyyət dini liderlərini bir araya gətirdiyini vurğulayıb. Bildirib ki, 2008-ci ildə Bakıda Mədəniyyət Nazirlərinin Konfransında mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevBakı prosesitəşəbbüsünü irəli sürüb. 2010-cu ildə BMT-nin 65-ci sessiyasında Azərbaycan Prezidentinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çağırışıBakı prosesi”ni regional təşəbbüsdən qlobal təşəbbüsə çevirdi. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ideyası UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi 2011-ci ilin aprel ayında Bakıda ilk forum keçirildi. Həmin ildən etibarən hər iki ildən bir keçirilən forumda, ümumilikdə 160 ölkədən 6 min dövlət hökumət rəsmisi, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri səfirlər, parlamentarilər, diplomatlar, QHT media nümayəndələri, jurnalistlər, ekspertlər iştirak ediblər.

Mədəniyyət naziri ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən söz açıb. O, 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda 147 ölkədən 3 min nümayəndənin iştirak etdiyini diqqətə çatdırıb. BMT-nin Baş MəclisiDinlərarası mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın sülh naminə əməkdaşlığın təşviqiadlı qətnaməsi iləBakı prosesi”ni yüksək qiymətləndirib onu mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün mühüm qlobal platforma adlandırıb.

Nazir Azərbaycan hökumətinin digər mühüm beynəlxalq tədbiri --Bakı Beynəlxalq Humanitar ForumunuBakı prosesiilə birləşdirmək qərarına gəldiyini bildirib.

Sonra BMT-nin Sivilizasiyalar Alyansının sabiq direktor müavini, “The Global Compass”ın təsisçisi Bakı prosesi”nin işçi qrupunun üzvü Jan-Kristof Bas çıxış edərək bu prosesə ilk gündən qoşulduğunu bildirib. O, “Bakı prosesi”nin əhəmiyyətindən danışıb, onun mədəniyyətlərarası dialoq haqqında düşünən, dünyanın bütün ölkələrindən olan böyük şəxsiyyətləri birləşdirdiyini diqqətə çatdırıb. Jan-Kristof Bas Azərbaycanın ənənələr, eləcə müasirlik məkanı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan ideyalar məkanıdır. Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr bu ölkənin avanqard qabiliyyətini əks etdirir. Azərbaycan 100 il əvvəl müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkədir.

“Bakı prosesi” barədə görkəmli adamlar maraqlı fikirlər söyləmişlər. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib ki, Azərbaycan Prezidenti mədəniyyətlərarası dialoqun inkişafı üçün dəstəyini əsirgəmir. Bu gün Azərbaycan ahəngdarlıq ölkəsidir: "Azərbaycan sülh, demokratiyainkişaf ölkəsidir: "Dünyaya sülh lazımdır. Ancaq sülh fobiyalar, ədalətsizlik olduğu şəraitdə mümkün deyil. Ancaq super güclər yalnız öz maraqları üçün mübarizə apardıqları üçün buna nail ola bilmirik. Dağlıq Qarabağ münaqişəsi də bunu göstərir. Azərbaycanın ərazi bütövlüyü pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Bu gün Suriyada mədəni irs məhv edilir. BMT Təhlükəsizlik Şurası öz vəzifəsini yerinə yetirə bilmir".

İngiltərənin Koventri Universitetinin professoru Mayk Hardi müsahibəsində demişdir: “Azərbaycan Prezidenti tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı prosesiuğurlu təşəbbüs, eləcə də nəhəng prosesdir. Həmin vaxtdan etibarən Azərbaycanda təşkil edilən mühüm beynəlxalq tədbirlər bunu təsdiqləyir. Bütün bunların nəticəsində dünya ictimaiyyəti müxtəlif sahələrdə mövcud problemləri, onların həlli istiqamətində görülən işləri daha yaxşı dərk edir. “Bakı prosesi” problemlərin müzakirəsi və həlli istiqamətində birgə fəaliyyət göstərməyin gözəl ənənəsini qoyub”.

 Bu gün mədəniyyətlərarası dialoq olduqca mühüm məsələdir. Biz elə bir zamanda yaşayırıq ki, bu dialoq əvvəlki illərlə müqayisədə daha çox aktuallıq kəsb etməyə başlayıb. Hazırda Azərbaycanın hərtərəfli, o cümlədən elmi-mədəni inkişafı elə səviyyəyə çatıb ki, ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında, sadəcə, kəsişmə nöqtəsi, körpü rolunu oynamır. Azərbaycan bu gün, həm də sivilizasiyalar, mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşləri, mədəniyyətləri zənginləşdirir, eyni zamanda onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır.

 Məhz buna görədir ki, Azərbaycana dünyanın hər hansı məkanından gələn şəxs istər dünyagörüşü, dini baxışları, istərsə də digər fərqli cəhətləri ilə burada özünü yad hiss etmir. Azərbaycanın tolerant cəmiyyəti, sosiomədəni müstəvisi istənilən əcnəbiyə burada tamamilə rahat olmağa imkan verir. Odur ki, ölkəmizə uzun müddətə işləməyə gələn xarici diplomat da, qısa müddətə təşrif buyuran hər hansı əcnəbi şəxs də burada özünü evindəki, vətənindəki kimi hiss etdiyini bildirir.

 “Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur  – söyləyən dövlət başçımız onu da vurğulayır ki, mədəniyyətlərarası dialoq forumunun təşkili tariximizə hörmət , reallığımızın təbliği üçün geniş formatın yaradılması istəyindən qaynaqlanır.

Forumda qeyd olunduğu kimi, münaqişə və müharibələrin törətdiyi dəhşətlərin artdığı, dünyanın müxtəlif yerlərində müxtəlif dinetnik qruplar arasındakı münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin gücləndiyi indiki dövrdə bu cür tədbirlərin keçirilməsi dünyada sabitliyin təminatı baxımından çox əhəmiyyətlidir.

Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı prosesi mükafatı”nın təsis edilməsi təşəbbüsü irəli sürülüb.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.-21 avqust.- S.3.