Regionların sosial-iqtisadi inkişafının dövlət proqramları ölkənin sürətli tərəqqisinə mühüm stimul yaradır

 

Azərbaycanın müstəqilliyinin bərpa olunmasından keçən 26 illik bir müddətdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizdə siyasi makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. İqtisadi inkişaf konsepsiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən bəri davamlı olaraq regionların hərtərəfli inkişafına yönəldilmiş dövlət proqramları qəbul edilmişdir. Burada əsas məqsəd regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafının təmin olunması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, eləcə də yoxsulluğun aradan qaldırılmasıdır.

 Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır. Bütün bunlarla yanaşı iqtisadiyyatın digər sahələrini əhatə edən dövlət proqramları qəbul olunmuşdur: “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018 – 2022-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018 – 2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018 – 2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018 – 2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Düşünürük ki, bu proqramların həyata keçirilməsi regionlarda güclü sosial-iqtisadi inkişafa əhəmiyyətli təsir göstərəcəkdir.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014 – 2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən kənd təsərrüfatı sahəsində inkişaf dinamikası müşahidə olunmaqdadır. Dövlət proqramına uyğun olaraq, kənd təsərrüfatı sahəsində idarəetmə şəffaflığının və səmərəliliyinin artırılmasının mühüm vasitəsi kimi, elektron hökumətin genişləndirilməsi siyasətinə əsasən, ölkəmizdə Avropa təcrübəsinə uyğunİnteqrasiya olunmuş nəzarət sistemi” (IACS) prinsiplərinə əsaslanan “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində qısa müddət ərzində genişmiqyaslı işlər görülüb. Butün bunlar regionlarda aparılan sosial-iqtisadi siyasətin nəticəsidir ki, kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası cari ildə daha böyük templə davam edir. Belə ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac 374,8 milyon ABŞ dolları olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47,4 faiz çoxdur.

Qəbul olunmuş dövlət proqramlarına əsasən, regionlarda aqrar sahənin dinamik inkişafının təmin edilməsi məqsədilə texnika parkının yenilənməsi üzrə tədbirlər həyata keçirilmişbu istiqamətdə işlər davam etdirilməkdədir. Beynəlxalq təcrübədən istifadə olunmaqla Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti yenidən təşkil edilib. Vətəndaşlara göstərilən xidmətlərin daha asan və şəffaf həyata keçirilməsi məqsədilə Dövlət Müfəttişliyinin “Səyyar xidmət” qrupu yaradılıb.

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait bu sahədə inkişafa yardım olaraq istehsalçılara verilmişdir. Ümumilikdə, 2017-ci ilin oktyabr ayına olan məlumata görə, ölkədə 1341 kənd ərazi komissiyası üzrə 372 min istehsalçıya

1 milyon 259 min hektar əkin sahəsi və çoxillik bitkilərin becərilməsində istifadə etdikləri yanacaqmotor yağlarına, habelə buğda və çəltik əkininə görə, 68421,9 min manat məbləğində yardım olunmuşdur.

Kənd təsərrüfatı istehsalçılarına mineral gübrələrin satışına dövlət büdcəsi vəsaiti hesabına tətbiq edilən güzəşt və istifadə olunan gübrələrin həcminin artırılması nəticəsində bu vasitələrdən istifadə səviyyəsinin əsaslı şəkildə yüksəlməsi davamlı xarakter alıb.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, aqrokimya laboratoriyalarının fəaliyyətinin yenidən təşkilinə də ciddi fikir verilmişdir. Ölkədə torpağın, suyun və gübrənin analizlərinin həyata keçirilməsi, habelə ağır metallarla çirklənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə 11 regional aqrokimya laboratoriyası müasir standartlar əsasında yenidən qurulmuşmüasir avadanlıqlarla təmin olunmuşdur. Bu laboratoriyaların müvafiq tələblərə uyğun bilik və bacarıqlara malik işçilərlə komplektləşdirilməsi başa çatdırılmış, xarici ekspertlər cəlb olunmaqla yerlərdə təlimlərin təşkili, eləcə də işçilərin xaricdə kurs keçmələri istiqamətində tədbirlər reallaşdırılmışdır. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən regional aqrokimya laboratoriyalarına şəffaf qaydada, müsabiqə yolu ilə kadrların seçilməsi işləri aparılır.

Dövlət proqramına əsasən, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artırılmışdır. Buna görə də 2017-ci il ərzində kənd təsərrüfatı heyvanları arasında epizootik plan əsasında həyata keçirilən profilaktik peyvəndləmə, diaqnostik müayinə və digər baytarlıq tədbirləri nəticəsində heyvanların sağlamlığı və ölkə ərazisinin epizootik sabitliyi qorunub saxlanılmışdır. Əhalinin təhlükəsiz və sağlam heyvandarlıq məhsullarından istifadəsi üçün Respublika Baytarlıq laboratoriyasında xəstəliklərin müayinəsi ilə yanaşı, heyvandarlıq məhsullarının təhlükəsizliyinin müayinəsi üçün yeni şöbələr yaradılmış, müasir avadanlıqlar alınaraq istifadəyə verilmişdir.

Həmin proqrama uyğun olaraq, regionlarda toxuculuğun inkişafına xüsusi diqqət göstərilmişdir. Yüksək məhsuldarlıq elit toxumçuluğun inkişafı ilə bağlıdır. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin tabeliyində 12 regional toxum sertifikatlaşdırma laboratoriyası və Mərkəzi toxum sertifikatlaşdırma laboratoriyasının yaradılması tədbirləri davam etdirilməkdədir. Artıq 9 regional toxum sertifikatlaşdırma laboratoriyasının tikintisimaddi-texniki bazasının təminatı başa çatıb. Digər 3 regional toxum sertifikatlaşdırma laboratoriyasının maddi-texniki bazasının isə ilin sonunadək yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən aqrar sahənin strateji və ölkəyə valyuta gətirən pambıqçılıq, tütünçülük, meyvəçilik, tərəvəzçilik, şərabçılıq, baramaçılıq və s. sahələrdə yeni yaradılan yerlərinin sayına və ümumi məhsul buraxılışının həcminin artırılmasına görə yüksək göstəriciyə malik sahələrdən biridir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin ardıcıl dəstəyi sayəsində ölkədə həmin sahələr öz keçmiş şöhrətini bərpa edə bilib. 2016-cı ildən etibarən Azərbaycanda həmin sahələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib. Möhtərəm Prezidentimizin ölkənin göstərilən istiqamətlərdə potensialından maksimum şəkildə səmərəli istifadə olunması hesabına, bir tərəfdən kənd yerlərində əhalinin məşğulluğunun və gəlir əldə etmək imkanlarının təmin olunması, digər tərəfdən isə ölkənin ixrac potensialının gücləndirilməsi başlıca vəzifə kimi müəyyənləşdirilmişdir. Eyni zamanda, bu vəzifənin reallaşdırılması üçün konkret dövlət dəstəyi göstərilmişdir.

Bütün bunlarla yanaşı, xüsusilə qeyd etmək istərdim ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində 1994-cü ilin payızında erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işləri aparılmış, burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Dövlət başçımızın sərəncamına əsasən, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində müvafiq infrastrukturun yaradılması, yeni yerlərinin təşkili üçün tədbirlər görülmüşdür.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən hazırlanmış dövlət proqramlarının həyata keçirilməsi ölkəmizdə aqrar sektorun dinamik inkişafı üçün münbit zəmin yaratmışdır. Bu sahədə köklü dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmışdır. Normativ hüquqi baza getdikcə təkmilləşdirilir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi sayəsində keyfiyyətcə yeni mərhələyə keçid başlanıb.

Qeyd etmək istərdim ki, müstəqilliyinin bərpa olunduğu dövrdən, xüsusilə 1993-cü ildən dinamik inkişafla səciyyələnən proseslər kontekstində Azərbaycan dünyaya yeni dövlətçilik modelini tanıtdırmağa nail oldu.

Dövlət proqramında nəzərdə tutulan yenidənqurma işləri turizmə müsbət təsir göstərən amillərdəndir. Bu tədbirlər ümumilikdə sahibkarlığın inkişafına, yeni otellərin açılmasına, mədəni-kütləvi, istirahət obyektlərinin sayının artmasına şərait yaradır. Bu da özlüyündə artıq turistlərin təkcə paytaxta deyil, bölgələrə də üz tutmasını şərtləndirir. Turizmin Azərbaycanda inkişaf etməyən digər sahələrinin, xüsusilə də aqroturizmin inkişafına səbəb olur. Kənd yerlərində insanların öz evlərini turistlərə kirayə verməsi, onlara xidmətlərin göstərilməsi əhalinin də maddi durumuna müsbət təsir edir. Azərbaycan iqtisadiyyatı üçünturizmin inkişafı səmərəlidir, çünki ölkəyə əlavə vəsaitlərin daxil olması əhalinin güzəranının yaxşılaşması ilə yanaşı, ölkənin makro iqtisadiyyatı üçün də əhəmiyyətli rol oynayır. Ümumilikdə, bu, Azərbaycanın dünya miqyasında geniş tanınmasına şərait yaradır, investisiyaların axınını şərtləndirir.

Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı əsas prioritetlərdən biri olmuşdur. Bölgələrdə turizm ehtiyatlarının genişləndirilməsi, turizm istirahət mərkəzlərinin və onların müasir standartlara uyğunlaşdırılması, turizmin inkişafı ilə bağlı layihələrin icrası davam etdirilməkdədir.

Regionlarda bu sahənin inkişaf istiqamətlərindən biriturizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü layihələrin həyata keçirilməsidir. Bu sahədə layihələrin təşkili ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması və bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə müasir informasiyakommunikasiya texnologiyaları vasitəsilə təşviq işinin genişləndirilməsinə geniş yol açmışdır. Regionlarda, turizm zonalarında müvafiq infrastrukturun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Turizm sektorunda çalışan işçi heyətinin peşə hazırlığı səviyyəsinin artırılması vasitəsilə regionlarda xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirmişdir. Bu istiqamətdə əldə olunan uğurlar Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz regionun lideri, dünyanın isə söz sahibi olan dövlətlərindən birinə çevrilmişdir. Regionlarda fəaliyyət göstərən sahibkarların xarici ölkələrə ixrac imkanlarının genişləndirilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir. Azərbaycanda milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi bu sahədə mühüm addımlardan biridir. Azərbaycanda xarici ticarətin inkişafı üçün infrastruktur təminatının daha da yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin təşkili, milli məhsulların dünya bazarlarına çıxış imkanlarının artırılması məqsədilə ixracatçı müəssisələrin beynəlxalq sərgi və yarmarkalarda iştirakının stimullaşdırılması, ixracda elektron ticarət xidmətlərindən geniş istifadə imkanlarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində müvafiq işlər görülməsi Azərbaycan iqtisadiyyatının bu inkişafını dünya ölkələrinə necə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, dövlət proqramı sayəsində həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Respublikasını dünya miqyasında stabil, dayanıqlı inkişaf dinamikasına malik ölkə kimi tanıtmış, dövlətlərin ən yüksək beynəlxalq iqtisadi meyarları təyin edən qurumlarının reytinqində yüksək mövqelər tutmuş və beynəlxalq donorların və investorların ölkəyə marağı xeyli artmışdır. Bütün bünların və digər fəaliyyətlərin nəticəsi olaraq, ölkəmiz dünyanın siyasiiqtisadi həyatında xüsusi əhəmiyyətli mövqeyə malikdir.

 

Nüşabə Məmmədova,

Azərbaycan Milli QHT Forumunun

vitse-prezidenti, Beynəlxalq Dialoq İnkişaf Alyansının sədri,

tarix elmləri namizədi

 

Xalq qəzeti.- 2018.- 18 avqust.- S.4.