Şamaxı və İsmayıllı  rayonları əlverişli turizm  məkanlarıdır 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın   bu  günlərdə  Şamaxı   İsmayıllı  rayonlarına   səfərləri  regionda  turizmin inkişafını   daha da sürətləndirəcəyi  şübhəsizdir.

Turizm sahəsi ölkəmizdə böyük perspektivlərə malikdi. Bu gün Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, otellərin və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının dayanıqlı, səmərəli və rəqabətədavamlı sahəsinə çevrilməsindən ibarətdir.

Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edibbununla bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni otellər, istirahət zonaları, beynəlxalq səviyyəli turizm kompleksləri açılır. Son illərdə ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Zəngin potensialı olan paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektlərinin yaradılması kompleks xarakter daşıyır və regionlarda inkişafın mühüm amillərindən biri kimi çıxış edir.

Cənab  Prezident   bölgələrdə  turizmin inkişafına  xüsusi diqqət yetirir. İsmayıllı rayonuna səfəri zamanı Şamaxı - Lahıc yolunun açılışı mərasimindəki nitqində demişdir: “Lahıc tarixi bir yerdir, qədim yaşayış diyarıdır... Lahıc nəinki Azərbaycanda, bizim regionumuzda unikal yaşayış yeridir. Təsadüfi deyil ki, Lahıca minlərlə, on minlərlə turist gəlir. İndi Şamaxı-Lahıc yolu ilə daha da çox gələcəklər. Əminəm ki, turistlərin axını daha da artacaq. Bu qəsəbənin özəlliyi ondadır ki, burada çox nadir memarlıq ansamblı mövcuddur”.

Ölkə başçısı  Lahıcın memarlığını, küçələrini, binalarını “milli sərvət” adlandırmışdır.  Qeyd  etmişdir ki,  bu  gün dünyanın aparıcı televiziya kanallarında Lahıcla bağlı verilişlər gedir. Həm “Euronews”, həm başqa aparıcı televiziya kanallarında, qonşu ölkələrin telekanallarında indi çox gözəl reportajlar verilir. Bu da Azərbaycanın şöhrətini daha da artırır və Lahıca gələcək turistlərin sayını da artırır.

Turizm Azərbaycanda prioritet istiqamətlərdən biridir. İndi Lahıcda otellər tikilir, bir otel indi məktəbin önündə inşa edilir.  Cənab Prezident  deyib: ”Mən bunu da alqışlayıram. Bax, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir. Mən istəyirəm ki, hər bir yerdə, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı yaşasınlar, onların həyat səviyyəsi yüksəlsin, dolanışıq yaxşı olsun. Ona görə biz bütün lazımi infrastruktur layihələrini icra edirik, o cümlədən İsmayıllı rayonunda”.

Prezident  Şamaxı rayonunda  da  turizmin inkişafına  yüksək diqqət yetirildiyini  bildirib. Doğrudan da, Şamaxı  təbiəti, tarixi abidələri ilə  həmişə turistlərin   marağına səbəb olub. Pirqulu istirahət mərkəzi, rəsədxana,  yazıçı  şairlərin  qəbirüstü abidələri  turizmin inkişafı  üçün əlverişli  şərait yaradır.

Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir onun tarixi   çox  qədimlərə  gedib çıxır. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı bütün ölkədə qədim tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır. Bir neçə il öncə Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı Cümə Məscidində bərpa yenidənqurma işlərinin aparılması da bu məqsədə xidmət edirdi.

Turistlərin istirahəti, onların gəzintisinin yaddaqalan olması üçün burada bir sıra maraqlı layihələr icra olunub. Buraya ailə biznesinin qurulmasını bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti daxildir. Burada turistlərə müxtəlif suvenirlər, əl işləri təqdim olunur hazır məhsullar bütün regionları əhatə edir. Kənddə turistlər üçün maraqlı əyləncə istirahət yerləri təşkil olunub. Bunlardan biri müxtəlif  yerlərdə qoyulan təndirdir. İl ərzində turistlər Dəmirçi kəndinin özünəməxsus qonaqpərvərliyinin şahidi olacaqlar. Onlara məhz bu bölgəyə aid olan milli yeməklər təqdim ediləcək.

 

Murad KƏRƏMOV,

Turizm.Az  şirkətinin direktoru

 

Xalq qəzeti.- 2018.-30 avqust.- S.11.