“Mərkəzi
icra hakimiyyəti orqanları və Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
yaradılan publik hüquqi
şəxslər tərəfindən konkret
sahələr üzrə elektron xidmətlər
göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin
Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli
191 nömrəli Qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 521
Bakı şəhəri, 1 dekabr
2018-ci il
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə 1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4, maddə 449, ¹ 5, maddə 560, ¹ 6, maddələr 733, 747,
¹ 7, maddələr 920, 953, ¹ 10, maddələr 1287, 1319, ¹ 11, maddələr 1505, 1506, ¹ 12, maddə 1656; 2015, ¹ 1, maddə 71, ¹ 4, maddə 465, ¹ 5, maddə 609, ¹ 6, maddə 790, ¹ 7, maddə 893, ¹ 11, maddələr 1415, 1421, ¹ 12, maddə 1573; 2016, ¹ 2 (II kitab), maddələr 367, 384, ¹ 4, maddələr 774, 830, ¹ 5, maddə 955, ¹ 7, maddələr 1340, 1355, 1358, ¹ 8, maddələr 1446, 1448, ¹ 9, maddə 1578, ¹ 11, maddə 1928, ¹ 12, maddələr 2219, 2233; 2017, ¹ 2, maddə 277, ¹ 4, maddə 624, ¹ 5, maddələr 972, 986, ¹ 6, maddə 1247, ¹ 7, maddələr 1479, 1484, ¹ 9, maddələr 1720, 1725, 1754, ¹ 10, maddələr 1898, 1926, 1930, ¹ 11, maddələr 2162, 2180; 2018, ¹ 3, maddə 620, ¹ 4, maddə 835, ¹ 5, maddə 1139, ¹ 7 (I kitab), maddə 1638, ¹ 8, maddə 1806; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 oktyabr tarixli 447 nömrəli və 24 oktyabr tarixli 463 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 10.7-ci və 10.8-ci bəndləri ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 4 dekabr.- S.6.