“Lisenziya və ya icazə
verən orqanların lisenziya və ya icazənin, onun
dublikatının və əlavəsinin verilməsinin, yenidən
rəsmiləşdirilməsinin,
dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar
və icazələr” portalı vasitəsilə həyata
keçirilməsini təmin etmək üçün
son
müddətlər”in, “Lisenziyalar
və icazələr” portalına inteqrasiya
edilməli olan informasiya
sistemlərinin siyahısı və həmin informasiya
sistemlərinin portala inteqrasiyası üçün son
müddətlər”in və “İnformasiya
sistemlərinin “Lisenziyalar və icazələr”
portalına inteqrasiyası üçün
texniki tələblər”in təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 525
Bakı şəhəri,
6 dekabr 2018-ci il
“Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 223 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2560) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”ə aşağıdakı məzmunda 31-ci hissə əlavə edilsin:
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 8 dekabr.- S.4.