“Qiymətli
kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin
səhmdarı ola bilməyən şəxslərin
qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 6 yanvar tarixli 1 nömrəli
Qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 526
Bakı şəhəri, 7 dekabr
2018-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 1, maddə 115) ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın 9-cu və 17-ci hissələri ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 8 dekabr.- S.4.