Azərbaycan Respublikası Nazirlər KabinetininSosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2016-cı il 5 fevral tarixli 36 nömrəli, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli 285 nömrəli, “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 616 nömrəli, “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 619 nömrəli və “Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 534 

 

Bakı şəhəri, 13 dekabr 2018-ci il

 

“Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1225; 2016, ¹ 7, maddə 1343, ¹ 11, maddə 1977; 2017, ¹ 12 (II kitab), maddə 2552; 2018, ¹ 2, maddə 354) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

“1.5. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması ilə bağlı elektron xidmətlər Şöbə tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 378, ¹ 7, maddə 1343, ¹ 11, maddələr 1934, 1976) ilə təsdiq edilmişTibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.9-cu bəndinə “Mərkəzləşdirilmiş” sözündən sonraElektronsözü əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 379, ¹ 7, maddə 1342, ¹ 11, maddələr 1965, 1976, ¹ 12, maddə 2239; 2018, ¹ 8, maddələr 1793, 1795) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü bəndinin ikinci cümləsində “Elektron xidmətlər” sözləri “e-sosialinternet” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 7, maddə 1482, ¹ 10, maddə 1906, ¹ 11, maddə 2177; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 482 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 3.5-ci bəndinə “mərkəzləşdirilmiş” sözündən sonraelektronsözü əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2561) ilə təsdiq edilmiş “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1-ci bəndin birinci cümləsi üzrə:

5.1.1. “Elektron xidmətlərsözləri “e-sosial” internet” sözləri ilə əvəz edilsin;

5.1.2. “Mərkəzləşdirilmişsözündən sonraElektronsözü əlavə edilsin;

5.1.3. “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilsin;

5.2. 3.9-cu bənddə “MİS-in” abreviaturası “MEİS-in” abreviaturası ilə əvəz edilsin;

5.3. 4.4-cü bəndin birinci cümləsində “MİS-ə” abreviaturası “MEİS-ə” abreviaturası ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2564) ilə təsdiq edilmişFərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası hesabatın forması”nın 2.5-ci bəndinəMərkəzləşdirilmişsözündən sonraElektronsözü əlavə edilsin həmin bənddə “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2565) ilə təsdiq edilmişSığorta ödənişinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4.4-cü bəndəMərkəzləşdirilmişsözündən sonraElektronsözü əlavə edilsin həmin bənddə “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilsin;

7.2. 5.1-ci bənddə “MİS-in” abreviaturası “MEİS-in” abreviaturası ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 14 dekabr.- S.6.