“Azərbaycan
Respublikasının ərazisində haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə
və ya vətəndaşlığı
olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu
Qaydaları”nın və Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün
əcnəbilərə və ya vətəndaşlığı
olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin,
spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 39 nömrəli
Qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 535
Bakı şəhəri, 18 dekabr
2018-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan
Respublikasının ərazisində haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olmaq
üçün əcnəbilərə və ya vətəndaşlığı
olmayan şəxslərə verilən iş icazəsi
blankının ciddi hesabat sənədi kimi uçotu
Qaydaları”nın və Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq üçün əcnəbilərə
və ya vətəndaşlığı olmayan şəxslərə
verilən iş icazəsinin təsvirinin,
spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 7 fevral tarixli 39 nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 2, maddə 194, ¹
7, maddə 897) aşağıdakı dəyişikliklər
edilsin:
1. Həmin
Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan
Respublikasının ərazisində haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olmaq
üçün əcnəbilərə və ya vətəndaşlığı
olmayan şəxslərə verilən iş icazəsinin təsviri”nin
2.1-ci bəndində “ACTIVITY IN THE TERRITORY” sözləri
“ACTIVITY WITHIN THE TERRITORY” sözləri ilə əvəz
edilsin.
2. Həmin
Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan
Respublikasının ərazisində haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olmaq
üçün əcnəbilərə və ya vətəndaşlığı
olmayan şəxslərə verilən iş icazəsinin
nümunəsi”ndə “ACTIVITY IN THE TERRITORY” sözləri
“ACTIVITY WITHIN THE TERRITORY” sözləri ilə əvəz
edilsin.
Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 20 dekabr.- S.3.