“Milli arxiv fondunun
komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında
Əsasnamənin, Arxivlərin, arxiv
fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun
tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və
ya məhv edilməsi Qaydasının,
Qeyri-dövlət arxiv fondlarının mühafizəsi
üzrə Qaydaların, Aşkar edilmiş və ya
tapılmış arxiv sənədlərini
aşkar edən və ya
tapan şəxsləri
mükafatlandırma Qaydasının, Dövlət arxiv fondunun sənədlərindən
istifadə Qaydalarının və Beynəlxalq əməkdaşlıq
məqsədi ilə sənədlərin və
kolleksiyaların xaricə müvəqqəti aparılması
Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il
6 mart tarixli 32 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 536
Bakı şəhəri, 18 dekabr
2018-ci il
“Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının, Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydalarının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1257-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 oktyabr tarixli 576 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (II kitab), maddə 221; 2003, ¹ 6, maddə 342; 2004, ¹ 4, maddə 287; 2005, ¹ 1, maddə 49, ¹ 2, maddə 122; 2006, ¹ 2, maddə 185, ¹ 10, maddə 903; 2010, ¹ 3, maddə 263, ¹ 12, maddə 1123; 2015, ¹ 10, maddə 1223; 2016, ¹ 9, maddə 1585; 2018, ¹ 9, maddə 1949) ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 2.11-ci bəndinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “prokurorluq orqanlarının, habelə” sözləri əlavə edilsin.
Novruz MƏMMƏDOV,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 20 dekabr.- S.3.