Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli, “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 oktyabr tarixli 416 nömrəli qərarlarında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2017-ci il 10 noyabr tarixli 482 nömrəli  Qərarının ləğv edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 537   

Bakı şəhəri, 18 dekabr 2018-ci il

 

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliy-yətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə 1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4, maddə 449, ¹ 5, maddə 560, ¹ 6, maddələr 733, 747, ¹ 7, maddələr 920, 953, ¹ 10, maddələr 1287, 1319, ¹ 11, maddələr 1505, 1506, ¹ 12, maddə 1656; 2015, ¹ 1, maddə 71, ¹ 4, maddə 465, ¹ 5, maddə 609, ¹ 6, maddə 790, ¹ 7, maddə 893, ¹ 11, maddələr 1415, 1421, ¹ 12, maddə 1573; 2016, ¹ 2 (II kitab), maddələr 367, 384, ¹ 4, maddələr 774, 830, ¹ 5, maddə 955, ¹ 7, maddələr 1340, 1355, 1358, ¹ 8, maddələr 1446, 1448, ¹ 9, maddə 1578, ¹ 11, maddə 1928, ¹ 12, maddələr 2219, 2233; 2017, ¹ 2, maddə 277, ¹ 4, maddə 624, ¹ 5, maddələr 972, 986, ¹ 6, maddə 1247, ¹ 7, maddələr 1479, 1484, ¹ 9, maddələr 1720, 1725, 1754, ¹ 10, maddələr 1898, 1926, 1930, ¹ 11, maddələr 2162, 2180; 2018, ¹ 3, maddə 620, ¹ 4, maddə 835, ¹ 5, maddə 1139, ¹ 7 (II kitab), maddə 1638, ¹ 8, maddə 1806; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 2 oktyabr tarixli 426 nömrəli, 15 oktyabr tarixli 447 nömrəli, 24 oktyabr tarixli 463 nömrəli, 30 noyabr tarixli 516 nömrəli və 1 dekabr tarixli 521 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 29.4-29.9-cu bəndlər ləğv edilsin;

1.2. 36-cı hissədə “Müəllif Hüquqları Agentliyi” sözləri “Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 36.6-36.12-ci bəndlər əlavə edilsin:

36.6.

Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

36.7.

İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu

36.8.

Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

36.9.

İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu

36.10.

Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

36.11.

Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi

36.12.

Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə nəzarət markasının verilməsi

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 416 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 10, maddə 1881) ilə təsdiq edilmişElmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 3.8-ci bəndində “Müəllif Hüquqları Agentliyində” sözləri “Əqli Mülkiyyət Agentliyində” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 noyabr tarixli 482 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2146) ləğv edilsin.

 

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 20 dekabr.- S.3.