Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi
aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli
80 nömrəli, “Əlaqəli hüquqların obyektlərinin
qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsi”nin
təsdiq edilməsi barədə” 2008-ci il 21 iyul tarixli
164 nömrəli, “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli, “Azərbaycan
Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nın təsdiq
edilməsi haqqında” 2009-cu il 18 sentyabr tarixli 145 nömrəli, “Girov
müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq
edilməsi haqqında” 2009-cu il 18 sentyabr tarixli 146 nömrəli,
“Patent hüququnun girov qoyulması barədə müqavilələrin
qeydiyyata alınması Qaydaları”nın
təsdiq edilməsi haqqında” 2010-cu il
23 fevral tarixli 39
nömrəli, “İxtira
və sənaye nümunəsi patentinin
qüvvədə olma müddətinin
uzadılması Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2010-cu il 12 aprel
tarixli 63 nömrəli, “Müəlliflərin
və əlaqəli hüquqların sahiblərinin əmlak
hüquqlarını kollektiv əsasda idarə
edən təşkilatların qeydiyyatdan
(akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2011-ci il 22 sentyabr
tarixli 149 nömrəli, “Milli
təhlükəsizliklə bağlı ixtira,
faydalı model və sənaye nümunəsinə
dair iddia sənədinə
baxılma Qaydaları”nın təsdiq edilməsi haqqında”
2011-ci il 10 noyabr tarixli 183 nömrəli qərarlarında
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 538
Bakı şəhəri, 18 dekabr
2018-ci il
“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 550; 2008, ¹ 7, maddə 673; 2009, ¹ 1, maddələr 32, 34; 2015, ¹ 2, maddə 227, ¹ 7, maddə 886; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 dekabr tarixli 518 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti Qaydaları”nın 2.7-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 iyul tarixli 164 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 684; 2018, ¹ 8, maddə 1809) ilə təsdiq edilmiş “Əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsi”ndə “MÜƏLLİF HÜQUQLARI AGENTLİYİ” sözləri “ƏQLİ MÜLKİYYƏT AGENTLİYİ” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 743; 2014, ¹ 5, maddə 576) ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2-ci bənddə “Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsində
(bundan sonra – Komitə)” sözləri “Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
3.2. 2.3-cü bəndin on üçüncü abzasında “Komitəyə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin;
3.3. 3.1-ci bəndin dördüncü cümləsində, 3.2-ci bəndin birinci abzasının birinci cümləsində və dördüncü abzasında, 3.3-cü bəndin birinci və ikinci cümlələrində, 3.5-ci və 4.3-cü bəndlərin birinci və ikinci abzaslarında, 5.3-cü və 5.4-cü bəndlərdə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
3.4. Qaydalara 1 nömrəli əlavədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124” sözləri “ünvan” sözü ilə əvəz edilsin;
3.5. Qaydalara 2 nömrəli əlavədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə və “Azerbaijan Republic State Committee on Standardization, Metrology and Patents” sözləri “Intellectual Property Agency of the Republic of Azerbaijan” sözləri ilə əvəz edilsin;
3.6. Qaydalara 3 nömrəli əlavədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124” sözləri “ünvan” sözü ilə əvəz edilsin;
3.7. Qaydalara 4 nömrəli əlavədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə və “Azerbaijan Republic State Committee on Standardization, Metrology and Patents” sözləri “Intellectual Property Agency of the Republic of Azerbaijan” sözləri ilə əvəz edilsin;
3.8. Qaydalara 5 nömrəli əlavədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1078, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124” sözləri “ünvan” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 749) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.4-cü bənddə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) Apellyasiya şurasına” sözləri “Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasına (bundan sonra – Apellyasiya şurası)” sözləri ilə əvəz edilsin;
4.2. 2.4-cü bəndin ikinci cümləsində “Komitənin” sözü “Əqli Mülkiyyət Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
4.3. 3.2-ci bəndin dördüncü cümləsində, 3.5-ci bəndin ikinci abzasında və 4.3-cü bənddə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 750) ilə təsdiq edilmiş “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.3-cü bənddə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (bundan sonra – Komitə)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
5.2. 2.1-ci bəndin birinci cümləsində, 2.2-ci bəndin birinci abzasında, 2.3-cü bəndin dördüncü abzasında, 3.1-ci bəndin dördüncü cümləsində, 3.2-ci bəndin birinci abzasının birinci cümləsində, ikinci abzasının ikinci cümləsində, üçüncü abzasında, 3.3-cü bəndin birinci cümləsində və 3.4-cü bənddə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 159) ilə təsdiq edilmiş “Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.3-cü bənddə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (bundan sonra – Komitə)” sözləri “Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
6.2. 2.1-ci bəndin birinci cümləsində, 2.2-ci bəndin birinci abzasında, 2.3-cü bəndin üçüncü abzasında, 3.1-ci bəndin dördüncü cümləsində, 3.2-ci bəndin birinci abzasının birinci cümləsində və ikinci abzasının ikinci cümləsində, 3.3-cü bəndin birinci cümləsində ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 aprel tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 4, maddə 357; 2014, ¹ 5, maddə 580) ilə təsdiq edilmiş “İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.2-ci bənddə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (bundan sonra – Komitə)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
7.2. 2.3-cü bənddə “Komitəyə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin;
7.3. 2.6-cı bənddə, 4.2-ci bəndin birinci və üçüncü cümlələrində, 4.3-cü bəndin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
7.4. Qaydalara 1 və 2 nömrəli əlavələrdə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124” sözləri “ünvan” sözü ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9, maddə 859; 2017, ¹ 12 (II kitab), maddə 2506; 2018, ¹ 8, maddə 1809) ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın 1.2-ci bəndində “2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi”nin 3.1.23-3.1.29-cu” sözləri “2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”nin 3.1.28-3.1.32-ci” sözləri ilə əvəz edilsin.
9. “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 noyabr tarixli 183 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1065; 2013,
¹ 3, maddə 349, ¹ 6, maddə 724; 2014, ¹ 7, maddə 901; 2018, ¹ 9, maddə 1949) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 2-ci hissədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin;
9.2. həmin Qərarla təsdiq edilmiş “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları” üzrə:
9.2.1. 2.1-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
9.2.2. 2.3-cü bəndin birinci abzasında və ikinci abzasının ikinci cümləsində, 2.4-cü bəndin ikinci (hər iki halda) cümləsində, 2.5-ci bənddə, 2.6-cı bəndin birinci və ikinci cümlələrində, 2.7-ci bənddə, 2.9-cu bəndin ikinci cümləsində, 3.1-ci bəndin birinci cümləsində, 3.2-ci, 3.3-cü bəndlərdə və 5.1.2-ci yarımbənddə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
9.2.3. 2.14-cü bənddə “Komitənin sədri tərəfindən” sözləri “Agentliyin İdarə Heyətinin sədri tərəfindən” sözləri ilə əvəz edilsin;
9.2.4. 8.1-ci bənddə “Tarif (Qiymət) Şurası” sözləri “Nazirlər Kabineti” sözləri ilə və “xidmət haqqının (ödənişin)” sözləri “məbləğdə haqqın” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 20 dekabr.- S.3.