Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Formal təhsilin təşkili
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 avqust tarixli
147 nömrəli, “Əlavə təhsilin məzmunu, təşkili
və əlavə təhsilin hər hansı istiqaməti
üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli
163 nömrəli, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və ilk
peşə-ixtisas təhsili müəssisələrində
çalışan, bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılmış müəllimlər istisna olmaqla)
dərs yükü normalarının
müəyyən edilməsi haqqında” 2010-cu il
24 noyabr tarixli 215
nömrəli, “Təhsil müəssisəsində təhsilalanlara
pulsuz tibbi xidmətin
göstərilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında” 2010-cu il 25 noyabr
tarixli 217 nömrəli, “Prokurorluq
işçisinin və onun
ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi
pulunun və birdəfəlik
kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında” 2011-ci il 11 fevral tarixli 29 nömrəli,
“İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə
Proqram”ın təsdiq edilməsi barədə”
2011-ci il 20 may tarixli 81 nömrəli və “Azərbaycan
Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 15 iyul tarixli
118 nömrəli qərarlarında
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 543
Bakı şəhəri, 19 dekabr
2018-ci il
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 756; 2012, ¹ 6, maddə 632; 2016, ¹ 12, maddə 2244; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 481 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”nın 3-cü, 8-ci hissələrində və 5.2-ci bəndinin birinci abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 9, maddə 829; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 479 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 1.1-ci bəndində, 2.1.1-ci, 2.2.4-cü və 3.2.1-ci yarımbəndlərində və 7.3-cü bəndinin ikinci cümləsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
3. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1043; 2013, ¹ 12, maddə 1646; 2018, ¹ 8, maddə 1812; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 oktyabr tarixli 459 nömrəli Qərarı) adında və 1-ci hissəsinin birinci abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1044) ilə təsdiq edilmiş “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.2-ci bənddə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin;
4.2. 2.3-cü bənddə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 fevral tarixli 29 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 156; 2013, ¹ 4, maddə 449) ilə təsdiq edilmiş “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 10-cu hissəsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 453; 2014, ¹ 6, maddə 747; 2015, ¹ 10, maddə 1243; 2016, ¹ 10, maddə 1707) ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.3.3-cü yarımbəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə 775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə 214, ¹ 6, maddə 751, ¹ 7, maddə 907, ¹ 9, maddə 1120; 2015, ¹ 3, maddə 336, ¹ 6, maddə 807, ¹ 8, maddə 966, ¹ 10, maddələr 1226, 1229, ¹ 12, maddə 1571; 2016, ¹ 1, maddə 176, ¹ 2 (II kitab), maddə 373, ¹ 3, maddə 622, ¹ 5, maddə 957, ¹ 6, maddə 1209, ¹ 10, maddə 1723, ¹ 11, maddə 1919; 2017, ¹ 2, maddələr 285, 302, 319,
¹ 6, maddələr 1223, 1226; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 479 nömrəli və 28 noyabr tarixli 507 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “İlk peşə-ixtisas təhsili müəssisələri” bölməsinin adında “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 22 dekabr.- S.8.