“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2016-cı il 15 sentyabr tarixli 346 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 547 

Bakı şəhəri, 19 dekabr 2018-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 sentyabr tarixli 346 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 9, maddə 1573; 2017, ¹ 2, maddə 309, ¹ 12 (II kitab), maddə 2559; 2018, ¹ 3, maddə 602, ¹ 6, maddə 1375; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 noyabr tarixli 472 nömrəli Qərarı) 1-ci hissəsinin “Şuranın üzvləri” bölməsində “Quliyev Cəmaləddin Əlibala oğlu – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadisosial sahələrin inkişafı şöbəsinin müdiri” sözləri “Əzizov Yalçın Saleh oğlu - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi siyasət şöbəsinin müdiri” sözləri ilə, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin gömrük statistikasının təşkili və təhlili şöbəsinin rəisi” sözləri “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalarStatistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri 

 

Xalq qəzeti.- 2018.- 22 dekabr.- S.9.