“İçərişəhər” Dövlət Tarix-Memarlıq ­Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 490 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN  QƏRARI 

¹ 557 

 Bakı şəhəri, 22 dekabr 2018-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 490 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2154; 2018, ¹ 3, maddə 619) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə “415” rəqəmləri “430” rəqəmləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu” aşağıdakı redaksiyada verilsin:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin STRUKTURU

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).

2. “İçərişəhər” Muzey Mərkəzi.

3. Mənzil-kommunal və Təmir Xidməti.

4. Elmi-istehsalat bərpa emalatxanası.

5. Elmi-mədəni Mərkəz.

6. Marionet Teatrı.

7. Tahir Salahovun ev-muzeyi.

8. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.

9. Ənənəvi İncəsənət Mərkəzi.”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 25 dekabr.- S.9.