“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin strukturunda “İçərişəhər”
Muzey Mərkəzinin yaradılması
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 558
Bakı şəhəri,
22 dekabr 2018-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılsın.
2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tapşırılsın ki, “İçərişəhər” Muzey Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 25 dekabr.- S.9.