“Dövlət
peşə təhsili müəssisəsini maliyyələşdirmə
normativləri”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisələrinin
büdcə təminatı normativlərinin hesablanması
metodikası və tətbiq olunma Qaydaları”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 17 avqust
tarixli 150 nömrəli Qərarının ləğv edilməsi
barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 561
Bakı şəhəri, 22 dekabr
2018-ci il
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, həmçinin tabeliyində dövlət peşə təhsili müəssisəsi olan orqanlar (qurumlar) bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
3. “İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 150 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 759) ləğv edilsin.
Novruz
MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 dekabr tarixli 561
nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri
1. Ümumi müddəalar
1.1. Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq dövlət peşə təhsili müəssisələrinin büdcədən maliyyələşdirilməsi xərclərinin proqnoz-laşdırılması məqsədi ilə hazırlanmışdır.
1.2. Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.
2. Maliyyələşdirmə normativlərinin hesablanması
2.1. Dövlət peşə təhsili müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir və xərclər aşağıdakı istiqamətlər üzrə aparılır:
2.1.1. “Əməkhaqqı” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə “Ştatda olan işçilərin əməkhaqqı”, “Ştatdankənar işçilərin əməkhaqqı” və “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərcləri daxildir.
2.1.1.1. “Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir.
2.1.1.2. “Ştatdankənar işçilərin əməkhaqqı” xərc normativinə təşkilatların daimi ştatında olmayan və mülki-hüquqi müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə hesablanmış əməkhaqların ödənişi ilə bağlı xərclər daxildir.
2.1.1.3. “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.
Təhsilverənlərin (pedaqoji işçilər), təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin və xidmətedici heyətin əməkhaqqı hədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir.
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisəsində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarı ilə (əməkhaqqı artımı ilə bağlı dəyişikliklər nəzərə alınmaqla) müəyyən edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, təhsilin səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.
2.1.2. “Əməkhaqqına ayırmalar” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə işəgötürənlərin “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” (bu sığorta növü tətbiq edilən ərazilərdə) və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən müəyyənləşdirilmiş hədlərdə sosial müdafiə ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.
2.1.2.1. “Məcburi dövlət sosial sığorta haqları” xərc normativinin hesablanması
Bu təyinat üzrə xərc normativinə müəssisədə çalışan işçilərin əməkhaqlarına hesablanan və ödənilən xərclər daxildir.
Normativin hesablanması:
Nmdssh = ƏHF * MDSSH
Burada, Nmdssh - illik məcburi dövlət sosial sığorta haqları norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, MDSSH – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən miqdarda ödənilir.
2.1.2.2. “İcbari dövlət
sığortası” xərc normativinin hesablanması
Bu təyinat üzrə
xərc normativinə qanunvericiliyə uyğun olaraq istehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta ilə
bağlı xərclər daxildir.
Normativin
hesablanması:
Ndt. = ƏHF * İDS
Burada, Nids - illik icbari dövlət
sığortası norması (manatla), ƏHF – illik əməkhaqqı
fondu, İDS – işçilərin hesablanmış əməyin
ödənişi fondunun və məcburi dövlət sosial
sığortasına cəlb olunan digər gəlirlərinin
müəyyən edilmiş faiz ifadəsində olan haqdır.
Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə
əmək müqaviləsi əsasında çalışan
işçilərə hesablanmış əməkhaqqı
fondunun “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta tariflərinin müəyyən edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 5 noyabr tarixli 200 nömrəli Qərarı ilə
müəyyən edilmiş faizi miqdarında ödənilir.
2.1.2.3. “İşsizlikdən
sığorta” xərc normativinin hesablanması
Bu istiqamət üzrə
xərc normativinə işsizlikdən sığorta ilə
bağlı xərclər daxildir.
Normativin
hesablanması:
Nis = ƏHF * İS
Burada, Nis
- illik işsizlikdən sığorta norması (manatla),
ƏHF – illik əməkhaqqı fondu, İS – işçilərin
hesablanmış əməyin ödənişi fondunun və
məcburi dövlət sosial sığortasına cəlb
olunan digər gəlirlərinin müəyyən edilmiş
faiz ifadəsində olan haqdır. Həmin
ayırmalar hesabına formalaşan xərc müəssisədə
çalışan işçilərə hesablanmış əməkhaqqı
fonduna nisbətdə “İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilən miqdarda ödənilir.
2.1.3. “Dəftərxana və təsərrüfat
xərcləri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc
normativinə müxtəlif növ kağızların, o
cümlədən faks, fotosurət üçün
kağızların, rəsmxət və idarədə istifadə
edilən dəftərxana və təsərrüfat ləvazimatlarının,
mühasibat, statistik, kargüzarlıq blanklarının və
müxtəlif cədvəllərin, poçt
nişanlarının alınması, idarədə istifadə
olunan bütün növ mal və materialların, printerlər
üçün tonerlərin, katriclərin alınması, həmçinin
bu qəbildən digər xərclər daxildir.
Normativin
hesablanması:
Ndt. =
Sta.* Syl. * Qyl + DX
Burada,
Ndt. - dəftərxana və təsərrüfat xərclərinin
illik norması (manatla), Sta. - təhsilalanların sayı, Syl.
- “Azərbaycan Respub-likasında minimum istehlak səbətinin
formalaşdırılması və yaşayış
minimumunun hesablanması metodikası” (bundan sonra - Metodika) ilə
müəyyən edilmiş, il ərzində
orta hesabla adambaşına düşən yazı ləvazimatının
sayı, Qyl. - cari il üçün
müəyyənləşdirilən yazı ləvazimatının
satınalma qiymətlərinin yuxarı həddi, DX – illik dəftərxana
və təsərrüfat xərclərinin 10 faizi həcmində
digər xərclərdir.
2.1.4. “Mətbəə
məhsulları üzrə xərclər” xərc normativinin
hesablanması
Bu istiqamət
üzrə xərc normativinə dəftərxana işlərinin
təşkili üzrə bütün növ forma, buklet,
registrlər, mühasibat, statistik, kargüzarlıq
blanklarının və müxtəlif cədvəllərin
hazırlanması və çapı, mətbəə və
nəşr ilə əlaqədar, həmçinin maarifləndirmə
(təbliğat-təşviqat) və reklam xarakterli çap
materiallarının (məhsullarının) hazırlanması
və ya alınması xərcləri, mətbəə
üçün sərfiyyat materiallarının (mətbəə
avadanlıqları üçün katriclərin, tonerlərin
və mətbəə üçün müxtəlif növ
sərfiyyat materiallarının) alınması və bu qəbildən
olan digər xərclər daxildir.
Normativin
hesablanması:
Nmm. = Sta. * Smm. * Qmm.
Burada,
Nmm. - mətbəə xərclərinin illik norması (manatla),
Sta. – təhsilalanların sayı, Smm. - Metodikaya əsasən
il ərzində orta hesabla adambaşına düşən mətbəə
məhsullarının sayı, Qmm. - cari il üçün
müəyyənləşdirilən mətbəə məhsullarının
qiymətlərinin yuxarı həddidir.
2.1.5.
“Yanacaq və sürtkü materiallarının alınması”
xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə təhsil
müəssisəsinə məxsus olan və ya icarəyə
götürülmüş nəqliyyat vasitələrinə
yanacaq və sürtkü materiallarının alınması
ilə bağlı xərclər daxildir.
Normativin
hesablanması:
Nys. =
Sn. * Sy. * Qy. * Yn. * Xs.
Burada,
Nys. - illik yanacaq və sürtkü
materiallarının alınması normativi (manatla), Sn. - istifadəyə
yararlı olan nəqliyyat vasitələrinin sayı, Sy. - istifadəyə yararlı olan nəqliyyat vasitəsinin
növündən asılı olaraq 100 km məsafə
üçün yanacaq sərfiyyatı (sərfiyyat nəqliyyat
vasitəsinin texniki pasportu və faktiki göstəriciləri əsasında
müəyyənləşir), Qy. - yanacağın
qiyməti, Yn. – “Azərbaycan Respub-likasında dövlət
büdcəsindən maliyyələşən idarə, müəssisə
və təşkilatlarda nəqliyyat vasitələrindən
istifadə qaydalarının təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında dövlət büdcəsindən
maliy-yələşən idarə, müəssisə və təşkilatlarda
(hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat
xidmətləri, hüquq mühafizə və prokurorluq
orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat
vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı
və digər avtonəqliyyat vasitələri
üçün aylıq yürüş həddi və
istismar xərclərinin normaları”na (bundan sonra - aylıq
yürüş həddi) uyğun il ərzində nəqliyyat
vasitəsinin orta yürüş məsafəsinin 100 km.-ə
olan nisbətidir, Xs. - aylıq yürüş həddinə uyğun
olaraq yanacaq sərfinin baza xətt normalarına əsasən nəzərdə
tutulmuş yanacaq xərcinin 10 faizi məbləğində
sürtkü materiallarının (mühərrik yağı, əyləc
mayesi, soyuducu və digər mayelər) alınması xərcidir.
Qeyd. Təhsil
müəssisəsində müxtəlif növ nəqliyyat
vasitəsi olduğu halda, həmin norma hər
bir növ avtomobil üçün ayrılıqda
hesablandıqdan sonra toplanır.
2.1.6. “Dərman,
sarğı ləvazimatlarının və
materiallarının alınması” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələri tərəfindən
dərmanların, vaksinlərin, vitaminlərin, dezinfeksiyaedici
vasitələrin alınması ilə bağlı xərclər
daxildir. Dövlət peşə təhsili müəssisəsinin
bu xərcə olan tələbatı təhsil müəssisəsinin
mövcud fəaliyyət istiqamətlərindən asılı
olaraq müəyyən edilir. Bu xərc
üzrə vəsait proqnozlaşdırılarkən, təhsil
müəssisəsinin tabeliyində fəaliyyət göstərən
tibb məntəqəsinin mövcudluğu və müəssisənin
faktiki sifarişi nəzərə alınır.
2.1.7.
“Yumşaq inventar, yataq ləvazimatlarının və
xüsusi geyimlərin alınması” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələri tərəfindən
paltar və geyimlərin alınması, həmçinin
ayaqqabıların, yataq ləvazimatlarının, xüsusi
geyimlərin və dəyişəyin alınması, təmiri
və tikilməsi ilə bağlı xərclər daxildir.
Normativin
hesablanması:
Nyum.= Sç. * Qyd. + 0.2Sta. *
Qxg. - Dmy.
Burada,
Nyum.- yumşaq inventar, yataq ləvazimatları
və xüsusi geyimlərin illik norması (manatla), Sç. -
yataqxanada faktiki istifadə olunan çarpayıların
sayı, Qyd. - yataq dəstinin (balışın,
ağların, yorğanın və döşəyin) və
yataq geyiminin qiyməti, Sta. - təhsilalanların ümumi sayının 20 faizi, Qxg. -
xüsusi geyimlərin qiyməti, Dmy. - cari
ildə mövcud istifadə olunan yumşaq inventarın dəyəridir.
İstifadə olunan yumşaq inventar, yataq ləvazimatları
və xüsusi geyimlərin amortizasiya müddəti
Metodikanın “2. Qeyri-ərzaq malları” bölməsində
orta hesabla adambaşına düşən istehlak həcminə,
satınalma qiymətlərinin yuxarı həddi isə Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin “Qiymətlər
və qiymət indeksləri bülleteni”ndə göstərilən
qiymətlərə uyğun olaraq müəyyən edilir.
2.1.8.
“Ərzaq məhsullarının alınması və təminatı”
xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələrində təhsilalanlar
üçün ərzaq məhsullarının
alınmasına sərf edilən xərclər daxildir.
Normativin
hesablanması:
Nə. =
N1gə. * Sta. * Sg.
Burada, Nə.-
dövlət peşə təhsili müəssisələrində
mövcud qanunvericiliyə əsasən dövlət təminatında
olan təhsilalanların illik ərzaq norması (manatla), N1gə.
- təhsil müəssisəsi üçün müəyyən
edilmiş gündəlik ərzaq norması, Sta. - ərzaq
almaq hüququ olan təhsilalanların sayı, Sg. - ərzaq
verilən günlərin sayıdır (mövcud qanunvericilikdə
nəzərdə tutulmuş hallar istisna olmaqla, ildə 210
gündən artıq olmamaq şərtilə).
Dövlət peşə təhsili müəssisələrində
mövcud qanunvericiliyə əsasən dövlət təminatında
olan təhsilalanlar üçün ərzaq məhsullarının
orta hesabla adambaşına düşən istehlak həcmi
Metodikanın “1. Ərzaq məhsulları” bölməsinə,
satınalma qiymətləri isə Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin “Qiymətlər və qiymət
indeksləri bülleteni”ndə göstərilən qiymətlərə
uyğun hesablanır.
2.1.9. “Digər
malların alınması” xərc normativinin hesablanması
Bu istiqamət
üzrə xərc normativinə əsas fond (vəsait) hesab
edilməyən sair aktivlərin, o cümlədən
sayğacların alınması və
quraşdırılması, yanğınsöndürən balonların
alınması, toxucu sapların alınması, portretlərin
alınması, təhsil müəssisələri tərəfindən
elmi tədqiqat işləri və təcrübə
keçirilməsi üçün heyvanların və
mal-qaranın alınması, məşğələlər
üçün müxtəlif ləvazimatların, məktəb
və rəsmxət ləvazimatlarının, materialların,
yağlı, sulu boya, rəngli şüşə, kimyəvi
mayelər, gil alınması, təhsil proqramlarının
alınması, tədris müəssisələri
üçün tədris jurnallarının, əyani vəsaitlərin,
blankların, diplomların, şəhadətnamələrin, tələbə
biletlərinin, kitabçaların və digər sənədlərin
alınması, dövri mətbuatın alınması,
kitabxanalar üçün kitabxana əşyalarının və
uçot sənədlərinin alınması, işçilərin
maddi həvəsləndirmə və qulluğa xitam verilməsi
ilə bağlı hədiyyələrin alınması, bina və
tikililərin şəhadətnamələrinin alınması
və pasportlaşdırılması, yeməkxana və mətbəx
ləvazimatlarının və bu qəbildən olan digər
alışlarla bağlı xərclər daxildir.
Xərc normativinin hesablanması təhsil müəssisəsində
təhsilalanların sayı əsasında aparılır.
Normativin
hesablanması:
Ndax.= Sta.* Sas. * Qa. - Dma. + Hdx.
Burada,
Ndax.- digər alışlar və xidmətlər
üzrə illik norma (manatla), Sta. - əyani vəsaitdən
istifadə edən təhsilalanların sayı, Sas. – alışların
siyahı üzrə sayı, Qa. - cari il
üçün müəyyənləşdirilən aidiyyəti
alışların satınalma qiymətlərinin yuxarı həddi,
Dma. – cari ildə mövcud istifadə olunan
digər alışların dəyəri, Hdx. – cari ildə
müəyyənləşdirilən digər xidmətlərin
haqqının yuxarı həddidir.
2.1.10.
“Tikili və avadanlıqların cari təmir xərcləri” xərc
normativinin hesablanması
Bu istiqamət
üzrə xərc normativinə əmlakın, o cümlədən
tikili və avadanlıqların texniki və iqtisadi göstəricilərinin
müəyyən edilmiş hədd daxilində
saxlanılması üçün (onun ayrı-ayrı tez
sıradan çıxan (tezköhnələn) hissələrinin
və detallarının dəyişdirilməsi, bərpası,
rənglənməsi, sazlanması) həyata keçirilən
cari təmir işləri, habelə cari təmirlə
bağlı mal-materialların alınması üzrə xərclər
daxildir.
Normativin
hesablanması:
Nct. = Dəf.
* Əamort.
Burada, Nct. - illik cari təmir norması (manatla), Dəf. -
əsas fondların dəyəri, Əamort. - əsas
fondların cari il ərzində aşınmasını faizlə
ifadə edən amortizasiya əmsalıdır.
2.1.11. “Nəqliyyat
vasitələrinin cari təmir xərcləri” xərc
normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə nəqliyyat
vasitələrinin texniki və iqtisadi göstəricilərinin
müəyyən edilmiş hədd daxilində
saxlanılması üçün (onun ayrı-ayrı tez
sıradan çıxan (tezköhnələn) hissələrinin
və detallarının dəyişdirilməsi, bərpası,
rənglənməsi, sazlanması) həyata keçirilən
təmir işləri üzrə sərf olunan məbləğlər
daxildir. Bu maddəyə, həmçinin
nəqliyyat vasitələrinin cari təmiri ilə
bağlı mal-materialların alınması üzrə xərclər
də daxildir.
Normativin
hesablanması:
Nnəq. = Nys. * Əeh.ct. + Əət.
Burada, Nnəq.
- nəqliyyat xidmətlərinin illik xərc normativi (manatla),
Nys. – bütün növ nəqliyyat vasitələri
üzrə cəmi illik yanacaq və sürtkü
materiallarının alınması xərci, Əeh.ct. - aylıq yürüş həddinə
uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən
hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində
avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin
alınması və cari təmir xərcləri, Əət. -
təqdim olunan sənədlər əsasında (əsaslı
təmirə dayanmanın səbəbləri haqqında
arayış, nöqsan aktı, təmir işlərini
aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd
və s.) nəqliyyat vasitələrinin cari təmiri xərcidir.
2.1.12.
“Elektrik enerjisi haqqının ödənilməsi” xərc
normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə
sayğacın göstərişinə əsasən istifadə
olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə
bağlı xərclər daxildir.
Vəsaitin proqnozlaşdırılması sayğac
göstəricilərinə uyğun istifadə olunmuş
elektrik enerjisi üzrə ortaillik sərfiyyatla bağlı təqdim
edilmiş sifariş əsasında həyata keçirilir.
2.1.13.
“Qaz haqqının ödənilməsi” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə istifadə
olunan qazın dəyərinin ödənilməsi ilə
bağlı xərclər daxildir.
İstilik sistemi quraşdırılmış qaz
cihazlarının texniki göstəricilərinə uyğun təqdim
edilmiş sifariş əsasında, sayğac göstəricilərinə
uyğun illik qaz sərfiyyatı əsasında vəsaitin
proqnozlaşdırılması həyata keçirilir.
2.1.14. “Su
haqqının ödənilməsi” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələrində istifadə
olunan suyun dəyərinin ödənilməsi ilə
bağlı xərclər daxildir.
2.1.15.
“Kanalizasiya xidmətləri haqqının ödənilməsi”
xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə kanalizasiya
xidmətlərinin dəyərinin ödənilməsi ilə
bağlı xərclər daxildir. Bu xərclər
üzrə vəsaitin proqnozlaşdırılması peşə
təhsili müəssisəsinin sifarişi və müvafiq
hesablamalar əsasında aparılır.
2.1.16.
“İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi”
xərc normativinin hesablanması
Bu istiqamət
üzrə xərc normativinə istilik enerjisini yarada biləcək
mal-materialların (odun, kömür, ağ neft, mazut və s.)
dəyərinin ödənilməsi,
elektrik və istilik enerjisi istehsal edən generator və
digər avadanlıqlar üçün yanacaq və
sürtkü materiallarının alınması, habelə mərkəzləşdirilmiş
istilik sistemi olan qazanxanalar tərəfindən göstərilmiş
xidmətlərin haqqının ödənilməsi ilə
bağlı xərclər daxildir.
2.1.17.
“Digər kommunal xidmətlərin haqqının ödənilməsi”
xərc normativinin hesablanması
Bu istiqamət
üzrə xərc normativinə
elektrik, rabitə, qaz, su və digər kommunal xətlərin
çəkilişi, tullantıların ləğvi və
daşınması, tüstü bacalarının təmizlənməsi,
camaşırların yuyulması, binalarda şüşələrin
yuyulması, kanalizasiya xətləri olmayan yerlərdə
çirkab suların daşınması, kommunal xidmətlərdə
istifadə olunan smart kartların haqqının ödənilməsi
və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə tələbat tərtib
olunmuş qüsur aktları əsasında və təqdim
edilmiş sifarişə uyğun həyata keçirilir.
Qeyd. Kommunal və kommunikasiya xidmətlərindən
istifadə müəyyən edilmiş limitlər həddində
həyata keçirilir.
Dövlət peşə təhsili müəssisələrində
məskunlaşmış məcburi köçkünlər tərəfindən
istehlak olunan kommunal xidmətlərin haqları müəyyən
edilmiş qaydada ödənilir (məcburi köçkünlərin
öz vəsaitləri hesabına və ya Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi üçün bu məqsədlə
dövlət büdcəsindən ayrılmış vəsait
hesabına).
2.1.18.
“Ölkədaxili telefon danışıq haqlarının
ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə ölkə
daxilindəki telefon danışıqları, faks xidməti,
telefon-teleqraf rabitə kanallarının icarəsi və sair
xidmətlərlə bağlı xərclər, abunə
haqlarının ödənilməsi xərcləri və bu
növ digər xərclər daxildir.
Normativin
hesablanması:
Nöt. =
St. * Hab.
Burada,
Nöt. - illik ölkədaxili telefon
danışıq haqlarının ödənil-məsi
normativi (manatla), St. - təşkilatda mövcud olan telefon
nömrələrinin sayı (telefon nömrələrinin
sayının 3-dən artıq olmaması şərtilə),
Hab. - bir nömrənin illik abunə
haqqıdır.
2.1.19.
“Beynəlxalq telefon danışıqları haqlarının
ödənilməsi” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə xarici
ölkələrlə bağlı telefon
danışıqları və faks xidməti ilə
bağlı xərclər daxildir.
Normativin
hesablanması:
Nbt. = Sbt. *
Hbt.
Burada, Nbt. - illik beynəlxalq telefon danışıq
haqlarının ödənilməsi norması (manatla), Sbt. -
beynəlxalq telefon danışıqlarının sayı
(telefon nömrələrindən yalnız birinin beynəlxalq
çıxışı olması şərtilə), Hbt. -
beynəlxalq istiqamətlər üzrə orta hesabla bir telefon
danışığının haqqıdır.
2.1.20.
“Poçt xidmətləri haqqının ödənilməsi”
xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələri tərəfindən
məktub və bütün növ poçt və
teleqramların göndərilməsi, çap materiallarının
çatdırılması ilə bağlı xərclər
daxildir.
Dövlət peşə təhsili müəssisəsinin
faktiki tələbatına uyğun təqdim etdiyi sifariş əsasında
vəsaitin proqnozlaşdırılması həyata
keçirilir.
2.1.21.
“İnternet xidməti haqqının ödənilməsi” xərc
normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələri tərəfindən
internet xidmətindən istifadəyə görə ödənişlər
daxildir.
Normativin
hesablanması:
Ne. = Set.*
He.
Burada, Ne.
- illik internet xidməti haqlarının ödənilməsi norması
(manatla), Set. - təşkilatda
internet şəbəkəsinə çıxışı
olan telefon nömrələrinin sayı, He. - internet
xidmətləri haqqıdır.
2.1.22.
“Proqram təminatlarına xidmət haqlarının ödənilməsi”
xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə proqram təminatına
xidmətlə bağlı xərclər, informasiya təhlükəsizliyinin
təmin edilməsi xərcləri və bu qəbildən olan
digər xərclər daxildir.
Həmin xərclər üzrə vəsaitin
proqnozlaşdırılması peşə təhsili müəssisəsinin
sifarişi və müvafiq hesablamalar əsasında
aparılır.
2.1.23.
“İcarə və muzdlu xidmətlər” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələri tərəfindən
cari məqsədlər üçün binaların, sahə və
otaqların icarəsi haqqı, avadanlıq və nəqliyyat
vasitələrinin icarəyə götürülməsi ilə
bağlı xərclər daxildir.
Dövlət peşə təhsili müəssisəsinin
faktiki tələbatına uyğun müvafiq hesablama və təsdiqedici
sənədlərlə birlikdə təqdim etdiyi sifariş əsasında
müvafiq xidmətlər üzrə xərc smetasının
maliyyə ekspertizası aparılmaqla vəsaitin
proqnozlaşdırılması həyata keçirilir.
2.1.24.
“Mühafizə xərcləri” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə təhsil
müəssisəsinin mühafizə xərcləri üzrə
ayırmaları daxildir. Büdcə xərclərinin
planlaşdırılması müvafiq qurumla
bağlanılmış ikitərəfli müqavilə əsasında
göstərilən xidmətin növünə və yerləşmə
yerinə görə müvafiq büdcə təşkilatının
sifarişi əsasında həyata keçirilir.
2.1.25.
“Sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri”
xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dezinfeksiya
xərcləri, sanitariya-gigiyena xərcləri, bina və
tikililərin fasadlarının yuyulması və təmizlənməsi,
nəqliyyat vasitələrinin yuyulması və təmizlənməsi
ilə bağlı və bu qəbildən olan digər xərclər
daxildir. Bu xərclər üzrə vəsaitin
proqnozlaşdırılması peşə təhsili müəssisəsinin
sifarişi və müvafiq hesablamalar əsasında
aparılır.
2.1.26.
“Ölkədaxili ezamiyyətlər” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə ölkə
daxilindəki ezamiyyətlər və xidməti səfərlər
zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri,
kompensasiya ödənişləri, xidməti səfərlərə,
kurslara və təhsil müəssisələrinə,
sessiyalara, müşavirə və konfranslara göndərilməsi
ilə bağlı xərclər daxildir.
Normativin
hesablanması:
Nez. = Sez. * Sg. * N1g.
Burada,
Nez. - illik ölkədaxili ezamiyyətlər
və xidməti səfərlərin norması (manatla), Sez. - ezamiyyətlərin sayı, Sg. – bir ölkədaxili
ezamiyyətdə və xidməti səfərdə olma
günlərinin orta sayı, N1g. - ölkədaxili ezamiyyətlərin
və xidməti səfərlərin birgünlük
normasıdır.
2.1.27.
“Xarici ezamiyyətlər” xərc normativinin hesablanması
Bu istiqamət
üzrə xərc normativinə xarici ölkələrə
ezamiyyətlər və xidməti səfərlər zamanı
gediş-gəliş, gündəlik və mehmanxana xərcləri,
kompensasiya ödənişləri, xidməti səfərlərə,
kurslara və təhsil müəssisələrinə sessiyalara,
müşavirə və konfranslara, xarici ölkələrin ali və orta ixtisas təhsil müəssisələrinə
göndərilməsi ilə bağlı gündəlik və
yol xərcləri daxildir.
Xarici ölkələrə ezamiyyətlər və xidməti
səfərlər zamanı tələbat tətbiq olunan
normativə uyğun və təhsil müəssisəsinin
müvafiq sifarişinə əsasən müəyyən
edilir.
2.1.28. “Nəqliyyat
vasitələri, istehsal təyinatlı maşın,
avadanlıq və qurğular üzrə xidmət
haqlarının ödənilməsi” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə müəssisənin
balansında, həmçinin istifadəsində olan və ya
icarəyə götürülmüş nəqliyyat vasitələri,
istehsal təyinatlı maşın, avadanlıq və
qurğuların texniki baxışdan keçirilməsi,
mülki məsuliyyətinin icbari sığortası və bu
qəbildən olan digər xərclər daxildir. Bu xərclər
üzrə vəsaitin proqnozlaşdırılması peşə
təhsili müəssisəsinin sifarişi və müvafiq
hesablamalar əsasında aparılır.
2.1.29.
“İstehlakyönlü müxtəlif xidmətlər” xərc
normativinin hesablanması
Bu istiqamət
üzrə xərc normativinə bayram tədbirlərinin təşkili,
keçirilməsi və iştirak xərcləri, ölkə
səviyyəli sərgi və yarmarkaların keçirilməsi,
ekskursiyaların və düşərgə
toplantılarının keçirilməsi, tədris müəssisələrinin
nəzdindəki eksperimental emalatxanaların xidmətinin ödənilməsi,
yanğınsöndürən balonların, katriclərin,
tibbi və digər avadanlıqların doldurulması, mətbuatda
elan, bildiriş, reklam verilməsi, təhsil müəssisələrində
bədən tərbiyəsi tədbirlərinin və kütləvi
informasiya işlərinin aparılması, arxiv materiallarından
istifadə edilməsi və arxivə verilmiş sənədlərə
xidmət haqqının ödənilməsi, sənədlərin
cildlənməsi, tikilməsi, informasiya
agentliklərinin xidmətləri, guşələrin
yaradılması və bədii tərtibat işlərinin dəyərinin
ödənilməsi, əmlakın sığortalanması ilə
bağlı xərclər və bu qəbildən olan digər
xərclər daxildir.
Bu xərc maddəsi üzrə maliyyələşdirilən
tədbirlər sabit və daimi xarakter
daşımadığından, faktiki sifariş əsasında,
lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin
xərc smetasının maliyyə ekspertizası aparılmaqla
həyata keçirilir.
2.1.30.
“Abadlaşdırma xidmətləri haqqının ödənilməsi”
xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələri tərəfindən
abadlaşdırma xidmətlərinin göstərilməsi ilə
bağlı xərclər daxildir.
Bu xərc maddəsi üzrə maliyyələşdirilən
tədbirlər sabit və daimi xarakter
daşımadığından, faktiki sifariş əsasında,
lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin
xərc smetasının maliyyə ekspertizası aparılmaqla
həyata keçirilir.
2.1.31.
“Sair xərclər” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə cari məqsədlər
üçün nəzərdə tutulmuş malların
alınması və xidmətlərin göstərilməsi ilə
bağlı digər xərclər daxildir.
Bu xərc maddəsi üzrə maliyyələşdirilən
bir sıra tədbirlər sabit və daimi xarakter
daşımadığından faktiki sifariş əsasında,
lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin
xərc smetasının maliyyə ekspertizası aparılmaqla
həyata keçirilir.
2.1.32. “Tələbələrə
verilən təqaüdlər” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələri tərəfindən
təhsilalanlara ödənilən təqaüdlərlə
bağlı xərclər daxildir.
Normativin
hesablanması:
Ntəq.
= Sta. * T1ay * 12ay
Burada, Ntəq.- illik təqaüdün hesablanması
norması (manatla), Sta. - təqaüd alan təhsilalanların
sayı, T1ay - təqaüdün aylıq məbləği,
12ay - ilin aylarıdır.
2.1.33.
“Maşın və avadanlıqlar” xərc normativinin
hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələri tərəfindən
digər maşın və qeyri-istehsal
avadanlıqlarının alınması ilə bağlı xərclər
daxildir.
Normativin
hesablanması:
Nma. =
Sma. * Qma. - Dmma.
Burada,
Nma. - digər maşın və
avadanlıqların illik alış norması (manatla), Sma. -
Metodika ilə müəyyən edilmiş, il
ərzində orta hesabla adambaşına düşən
maşın və avadanlıqların sayı, Qma. - cari il üçün müəyyənləşdirilən
aidiyyəti maşın və avadanlıqların satınalma
qiymətlərinin yuxarı həddi, Dmma. – cari
ildə istifadə olunan maşın və avadanlıqların
dəyəridir.
2.1.34. “Nəqliyyat
vasitələri” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələri tərəfindən
nəqliyyat vasitələrinin alınması ilə
bağlı xərclər daxildir. Fərdi qaydada təhsil
müəssisəsinin sifarişi əsasında müəssisənin
hansı növ nəqliyyat vasitəsinə olan tələbatı
araşdırılmaqla, müvafiq vəsaitin ayrılması həyata
keçirilir.
2.1.35.
“Sair torpaq, tikili və avadanlıqlar” xərc normativinin
hesablanması
Bu istiqamət
üzrə xərc normativinə iş vaxtı fəaliyyətinin
asan yerinə yetirilməsinə kömək etmək
üçün nəzərdə tutulan ümumi və texniki
təyinatlı predmetlər (mebel dəstləri, masalar,
kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar, dəmir
seyflər, partalar, daşınan sədlər, asılqanlar,
qarderoblar, divanlar, yanmayan şkaflar və yeşiklər,
inventar taraları, daşınan çadırlar,
çarpayılar, kovrolit örtük və xalçalar,
portyerlər, jalüzlər), əməyin mühafizəsi
üçün uyğunlaş-dırılmış
xüsusi avadanlıqlar (hidropultlar, stenderlər, əl nərdivanları,
maye və dənəvərlərin saxlanması
üçün xüsusiləşdirilmiş qablar), idman və
digər xüsusi hərbi təyinatlı inventarların və
bu kimi digər təsərrüfat
inventarlarının alınması,
quraşdırılması və istehsalı ilə
bağlı xərclər daxildir. Xərc
normativinin hesablanması dövlət peşə təhsili
müəssisəsində təhsilalanların sayı əsasında
faktiki tələbata uyğun aparılır.
2.1.36.
“Əsaslı təmir” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə əsas vəsaitlərin
əsaslı təmiri ilə bağlı xərclər
daxildir. Həmin xərc normativi Azərbaycan Respublikasında
qüvvədə olan “Dövlət tikinti normativ sənədləri”
sisteminə uyğun müəyyən edilir.
2.1.37.
“Qeyri-maddi aktivlər” xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət
peşə təhsili müəssisələri tərəfindən
bir ildən çox istifadə edilən kompüter
proqramlarının hazırlanması və ya onun
alınması, məlumat bazalarının hazırlanması,
informasiya sistemlərinin yaradılması ilə bağlı xərclər
daxildir.
Dövlət peşə təhsili müəssisəsinin
faktiki tələbatına uyğun müvafiq hesablama və təsdiqedici
sənədlərlə birlikdə təqdim etdiyi sifariş əsasında
vəsaitin proqnozlaşdırılması həyata
keçirilir.
2.1.38.
Normativlərə daxil edilməyən, lakin ödənişi
zəruri hesab olunan xərclər (fəxri adlara görə təqaüdlər,
analıq məzuniyyətinə çıxan qadınlara və
3 yaşına çatmamış uşaqlara qulluğa
görə ödənilən müavinətlə
bağlı xərclər, əmək qabiliyyətini müvəqqəti
itirməyə görə işçilərə ödənilən
müavinətlər, əmək vəzifələrini yerinə
yetirərkən xəsarət almış, peşə xəstəliyinə
tutulmuş işçilərə və yaxud bu səbəblərdən
həlak olmuş işçilərin ailələrinə dəymiş
zərərin ödənilməsi, işçinin vəfatı
ilə əlaqədar əmək müqaviləsinə xitam
verildikdə vəfat edənin vərəsələrinə
ödənilən müavinət, bank xərcləri və
qanunvericilikdə nəzərdə tutulan digər zəruri xərclər) üzrə ödəmələr
faktiki tələbata uyğun olaraq, büdcə təşkilatlarının
sifarişləri əsasında həyata keçirilir.
2.1.39.
Dövlət peşə təhsili müəssisələrinin
büdcədənkənar vəsaitlərinin xərc
smetalarının hazırlanması zamanı bu maliyyələşmə
normativlərindən istifadə edilə bilər.
Xalq qəzeti.-
2018.- 26 dekabr.- S.7.