Yeni ilə aydın, uğurlu gələcək arzusu ilə 

 

– Hər yeni il igələndə insan qəlbində böyük ümidlərin və kövrək hisslərin yaranmasına səbəb olur. Adətən, bu şən, səbirsizliklə gözlənilən bayram ərəfəsində hər kəs istər-istəməz yaşadığı il boyu dünyada və ölkəsində baş verən əlamətdar hadisələri, əldə olunan nailiyyətləri, sanki sənədli filmin kadrları kimi nəzərdən keçirir. Bu baxımdan 2018-ci il Vətənimiz üçün, sözün tam mənasında, uğurluyaddaqalan oldu.

İlk növbədə Azərbaycan Demokratik Respublikasının və Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi ilə bağlı tədbirlər keçirildi. Şübhəsiz ki, 1918-ci ildə baş verən hadisələrin böyük tarixi əhəmiyyət kəsb etməsi danılmazdır və bu, Vətənini sevən hər bir insan üçün qürür mənbəyidir.Biz fəxr ilə vurğulayırıq ki, müsəlman Şərqin ilk demokratik respublikanı Azərbaycan yaradıb və məhz burada ilk dəfə olaraq qadınlara seçki hüququ verilib.

Xüsusi olaraq 2018-ci ilin 26 iyul və 15 sentyabrda təntənəli hərbi paradların keçirilməsini qeyd etmək istərdim. Onu da qeyd edək ki, 15 sentyabrda keçirilən hərbi paradda Azərbayacan Ordusunun hissələri ilə yanaşı, Türkiyə Ordusunun nümayəndələri də iştirak etdilər. Bu təntənənin möhtəşəmliyi həm son dərəcə təsirli, eyni zamanda, çox yüksək qürür hisslərinin yaranmasına səbəb oldu. İki qardaş ölkənin sıx birliyi, türk dünyasının aparıcı qüvvəsi kimi çıxış etməsi olduqca vacibdir. Həmin hərbi paradı canlı seyr edən insan kimi mən çox gözəl anlar yaşadım.

Bununla yanaşı, Azərbaycanın 2018-ci ildə siyasət, iqtisadiyyat, kənd təsərrufatı, incəsənət və digər sahələrdə əldə etdiyi nailiyyətlər gözəçarpan və unudulmaz oldu. Prezident İlham Əliyevin uğurluölçülüb- biçilmiş siyasəti göz qabağındadır.

Ölkəmizdə baş verən bu yeniləşmə olduqca önəmli və təqdirəlayiqdir. Nəzərə almaq lazımdır ki, bütün bu gözəçarpan və bəlkə də bir o qədər görünməyən irəliləyişin, ümid verən bəyanat və bəzi fikirlərin elan olunmasının arxasında çox mürəkkəb, səbr və ardıcılıq tələb edən çoxşaxəli durur. Sözsüz ki, bu işi həyata keçirən ölkə Prezidentidir. Burada yalnız onu əlavə etmək olar ki, ölkə rəhbərinin həyata keçirdiyi siyasəti parlaq virtuoz ifaçılıqla müqayisə etmək olar.

Azərbaycan mürəkkəb regiondafaktiki olaraq müharibə şəraitində yaşayan ölkədir. Ən vacibi odur ki, bütün təzyiqlərə və çətinliklərə baxmayaraq, ölkəmiz ildən-ilə güclənir və həyata keçirilən siyasətin nəticələrini parlaq şəkildə nümayiş etdirir. Bu, yaxşı düşünülmüş və ardıcıl həyata keçirilən çoxistiqamətli gərgin işin nəticəsində Azərbaycan bir dövlət kimi artıq dünya birliyində qəbul olunuronun nüfuzü ildən-ilə artır.

Ölkəmizdə həyata keçirilən ciddi və məqsədyönlü hamını, o cümlədən bizi, birbaşa yaradıcılıqla məşğul olan insanları da ruhlandırır. Burada ölkə rəhbərliyi tərəfindən göstərilən hörmət, diqqət və qayğı olduqca vacib və dəyərlidir. Biz yaradıcı insanların borcu hər zaman Azərbaycan mədəniyyətini təbliğ etmək, onun incilərini dünya ölkələrində tanıtmaqdan ibarətdir.

Qarşıdan gələn bayramlarDünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqını təbrik edir, ölkəmizə aydın səma, uğurlu gələcək arzu edirəm.

 

Fərhad BƏDƏLBƏYLİ,

Bakı Musiqi Akademiyasının

rektoru, Xalq artisti,  professor

 

Xalq qəzeti.- 2018.- 30 dekabr.- S.2.