Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları  sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 26  Bakı şəhəri, 1 fevral 2018-ci il

 

“Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli 3579 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış istehsalat təlimi ustalarının aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilsin (4 nömrəli əlavə).

5. “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilsin (5 nömrəli əlavə).

6. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymət-ləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavin-lərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilsin.

7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi iki ay müddətində dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması üçün meyarları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.

8. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

9. Bu qərarın 1-6-cı hissələri 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 2 fevral.- S.1.