“İctimai
işlər cəzasına
məhkum olunmuş şəxslərin cəlb
ediləcəyi işlərin
növləri və belə işlərin keçiriləcəyi yerlərin
müəyyənləşdirilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 17 oktyabr tarixli 438 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 25 Bakı şəhəri,
31 yanvar 2018-ci il
“Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
20 oktyabr tarixli 817-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“İctimai işlər cəzasına
məhkum olunmuş şəxslərin cəlb
ediləcəyi işlərin
növləri və belə işlərin keçiriləcəyi yerlərin
müəyyənləşdirilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 17 oktyabr tarixli 438 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 10, maddə
1900) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına “məhkum olunmuş” sözlərindən sonra
“və ictimai işlər növündə
inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilsin.
2. Preambulasının
birinci abzasına
“17.3-cü bəndinin” sözlərindən
sonra “və “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 2.1-ci bəndinin”
sözləri, ikinci abzasına “məhkum olunmuş” sözlərindən
sonra “və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə
edilsin.
3. Həmin qərarla təsdiq edilmiş “İctimai işlər cəzasına
məhkum olunmuş şəxslərin cəlb
ediləcəyi işlərin
növləri və belə işlərin keçiriləcəyi yerlərin
müəyyənləşdirilməsi Qaydası” üzrə:
3.1. adına
“məhkum olunmuş” sözlərindən sonra
“və ictimai işlər növündə
inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilsin;
3.2. 1.1-ci bəndə
“17.3-cü bəndinə” sözlərindən
sonra “və “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 2.1-ci bəndinə”
sözləri əlavə
edilsin və həmin bənddə “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər növündə
cəza və ya inzibati tənbeh
tətbiq edilən” sözləri ilə əvəz edilsin;
3.3. 1.2-ci bənddə
“belə cəzaya məhkum olunmuş” sözləri “və ya inzibati tənbehi
barəsində belə
cəza və ya tənbeh tətbiq edilən” sözləri ilə əvəz edilsin;
3.4. 1.3-cü bənddə
“İctimai işlər
növündə cəzaya
məhkum olunmuş” sözləri “Barəsində
ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin və həmin bəndə “cəzaların
icrası,” sözlərindən
sonra “inzibati xətalar,” sözləri əlavə edilsin;
3.5. 1.4-cü bəndə
“Cəzaların İcrası
Məcəlləsi” sözlərindən
sonra “, Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsi”
sözləri əlavə
edilsin və həmin bənddə “ictimai işlər növündə cəzaya
məhkum olunmuş” sözləri “barəsində
ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;
3.6. 1.5-ci bənddə
“cəzaya məhkum olunmuş şəxslərin
cəzasının icrası
zamanı onların” sözləri “cəzanın
və ya inzibati tənbehin icrası zamanı barəsində bu cəza və ya tənbeh tətbiq edilən şəxslərin” sözləri
ilə əvəz edilsin;
3.7. 1.6-cı bənddə
“ictimai işlər növündə cəzaya
məhkum edilmiş” sözləri “barəsində
ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;
3.8. 2-ci hissənin
adında, 2.1-ci bənddə,
3-cü hissənin adında,
3.4-cü, 3.5-ci bəndlərdə,
4-cü hissənin adında,
4.1-ci və 4.3-cü bəndlərdə
“İctimai işlər
cəzasına məhkum
olunmuş” sözləri
“Barəsində ictimai
işlər tətbiq
edilən” sözləri
ilə əvəz edilsin;
3.9. 3.1-ci bəndə
“işlər növündə
cəzanın” sözləri
“işlərin” sözü
ilə, “ictimai işlər cəzasına
məhkum olunmuş” sözləri “barəsində
ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;
3.10. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.3. Yerli icra hakimiyyəti orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir.”;
3.11. 3.7-ci bənddə “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;
3.12. 3.8-ci bəndin birinci cümləsində “İctimai işlər cəzasına məhkum olunmuş” sözləri “Barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə, ikinci cümləsində “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 2 fevral.- S.1.