Ölkəmizdə turizmin
inkişafı genişlənir
2017-ci il ərzində Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 696,7 min və ya ötən illə müqayisədə 19,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin əksəriyyəti turizm məqsədilə səfər etmişlər.
Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 20,0 faizi Gürcüstan, 13,5 faizi İran, 11,2 faizi Türkiyə, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi İraq, 2,1 faizi Ukrayna, 15,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 64,9 faizini kişilər, 35,1 faizini isə qadınlar təşkil etmişdir.
Körfəz
ölkələrindən gələnlərin sayında daha çox artım
müşahidə edilmişdir. Əvvəlki
illə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı
9,7 dəfə, Oman vətəndaşlarının
sayı 7,4 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 4,5 dəfə, Bəhreyn
vətəndaşlarının sayı 3,6 dəfə, Birləşmiş
Ərəb Əmirlikləri vətəndaşlarının
sayı 2,4 dəfə, Qətər vətəndaşlarının
sayı 2,4 dəfə, İran vətəndaşlarının
sayı 1,5 dəfə artmışdır. Körfəz
ölkələrindən gələnlərin ümumi
sayı 65,2 faiz artaraq
614,7 min nəfər təşkil
etmişdir.
Digər ölkələrdən də Azərbaycana gəlmiş şəxslərin sayında artım müşahidə olunmuşdur. Belə ki, 2017-ci il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,4 faiz artaraq 105,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 14,3 faiz artaraq 1 milyon 6,5 min nəfər olmuşdur.
Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi dəmir yolu və avtomobil, 42,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə etmişdir.
2017-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4,0 faiz azalaraq 4 milyon 108,9 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İrana, 22,5 faizi Rusiya Federasiyasına, 14,6 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,5 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 67,6 faizi kişilər, 32,4 faizi isə qadınlar olmuşdur.
Xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,6 faizi dəmir yolu və avtomobil, 20,1 faizi hava, 0,3 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Samirə Əliyeva
Xalq qəzeti.-
2018.- 6 fevral.- S.5.