“Azərbaycan Respublikasında minimum
istehlak səbətinin tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 28 Bakı şəhəri, 2
fevral 2018-ci il
“Yaşayış minimumu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2017-ci il 31 oktyabr tarixli 837-VQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5
dekabr tarixli 3446 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikasında
minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 554;
2009, ¹ 4, maddə 292; 2014, ¹ 2, maddə 201, ¹ 6, maddə 737;
2016, ¹ 5, maddə 955) 2-ci hissəsində “elmi idarə və
müəssisələri” sözləri “elmi müəssisə
və təşkilatları” sözləri ilə əvəz
edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2018.- 6 fevral.- S.6.