“Azərbaycan
Respublikası dövlət
sərhədinin mühafizəsini
gücləndirmək məqsədi
ilə əlavə qayda və əsasnamələrin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
№ 29 Bakı şəhəri, 5 fevral
2018-ci il
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il
13 noyabr tarixli 1681 nömrəli Fərmanının
7.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“Azərbaycan Respublikası dövlət
sərhədinin mühafizəsini
gücləndirmək məqsədi
ilə əlavə qayda və əsasnamələrin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9
mart tarixli 140 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, № 2, maddə
118, № 6, maddə 442; 2000, № 8, maddə 646; 2003, № 6, maddə
342; 2004, № 9, maddə 750; 2005, № 6, maddə 558, № 11, maddə
1061; 2008, № 11, maddə 1042; 2009, № 1, maddə 34; 2012, № 9, maddə
926; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2016, № 9, maddə
1575; 2017, № 7, maddə 1503; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 6 dekabr tarixli 533 nömrəli qərarı)
ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan
Respublikası ərazisinin
sanitar mühafizəsi
Qaydaları”nın 1.2-ci bəndinə
aşağıdakı məzmunda
üçüncü abzas
əlavə edilsin:
“Dövlət sərhədinin buraxılış
məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının
qida təhlükəsizliyi
baxımından yoxlanılmasını
gömrük orqanları
ilə birlikdə Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi həyata keçirir.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 6 fevral.- S.6.