Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmişAvropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 30      Bakı şəhəri, 5 fevral 2018-ci il

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqındaAzərbaycan Respublikası

Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7, maddə 668; 2006, ¹ 9, maddə 817, ¹ 12, maddə 1153; 2008, ¹ 1, maddə 39; 2010, ¹ 12, maddə 1122; 2013, ¹ 5, maddə 581; 2014, ¹ 2, maddə 201; 2015, ¹ 2, maddə 236; 2016, ¹ 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 noyabr tarixli 519 nömrəli qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 1.2-ci bəndindəİqtisadiyyat NazirliyisözləriQida Təhlükəsizliyi Agentliyisözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 6 fevral.- S.6.