Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin
edilməsi sahəsində
standartlara və tələblərə əməl
olunmasına dövlət
nəzarətinin həyata
keçirilməsi Qaydaları”nda
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 34 Bakı şəhəri,
5 fevral 2018-ci il
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il
13 noyabr tarixli 1681 nömrəli Fərmanının
7.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 8, maddə
783; 2006, ¹ 5, maddə 472; 2009, ¹ 1, maddə 32, ¹ 3, maddə
205; 2014, ¹ 2, maddə 201, ¹ 7, maddə 931; 2016, ¹ 5, maddə
955) ilə təsdiq edilmiş “Yeyinti məhsullarının keyfiyyətinin
və təhlükəsizliyinin
təmin edilməsi sahəsində standartlara və tələblərə
əməl olunmasına
dövlət nəzarətinin
həyata keçirilməsi
Qaydaları”nın 4-cü və
8-ci hissələrində ismin
müvafiq hallarında
verilən “Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi, Səhiyyə
Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
və Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi,
Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi və Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi” sözləri
ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 7 fevral.- S.3.