“Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv
edilməsi Qaydası”nın,
“Narkotik vasitələrin,
psixotrop maddələrin
dövriyyəsinə və
onların prekursorlarının
idxalına, ixracına,
tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak
edən, o cümlədən
narkomanlıq xəstəliyinə
düçar olan şəxslərə dair
ümummilli məlumat
bankına məlumatların
göndərilməsi və
oradan məlumatların
alınması Qaydası”nın
və “Qanunsuz dövriyyədən Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində
olduğuna və tibbi məqsədlərlə
istifadə oluna biləcəyinə görə
məhv edilməsi məqsədəuyğun olmayan
narkotik vasitələrin
və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə
edilməsi üçün
təhvil verilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 35 Bakı şəhəri, 6 fevral
2018-ci il
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 17 noyabr tarixli 879-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 29 noyabr tarixli 3426 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 10, maddə
975; 2007, ¹ 12, maddə 1336; 2009, ¹ 3, maddə 204; 2014, ¹ 2, maddə
201; 2015, ¹ 4, maddə 441; 2016, ¹ 5, maddə 955, ¹ 9, maddə
1585, ¹ 10, maddə 1729) ilə
təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və
onların prekursorlarının
idxalına, ixracına,
tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak
edən, o cümlədən
narkomanlıq xəstəliyinə
düçar olan şəxslərə dair
ümummilli məlumat
bankına məlumatların
göndərilməsi və
oradan məlumatların
alınması Qaydası”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2-ci hissədə
“üç” sözü
“dörd” sözü ilə əvəz edilsin.
2. 2.3-cü bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.4-cü bənd əlavə
edilsin:
“2.4. qanunsuz
dövriyyədən aşkar
olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
mənbəyinə dair
məlumat bölməsi.”.
3. Aşağıdakı
məzmunda 3.3-1-ci bənd
əlavə edilsin:
“3.3-1. Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi,
Baş Prokurorluğu,
Dövlət Təhlükəsizliyi
Xidməti, Dövlət
Gömrük Komitəsi,
Dövlət Sərhəd
Xidməti və Səhiyyə Nazirliyi qanunsuz dövriyyədən
aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinə
dair məlumatı ümummilli məlumat bankına göndərirlər.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 8 fevral.- S.4.