Qəbələ şəhəri “İslam dünyasının turizm paytaxtı” seçildi

 

Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 10-cu Konfransında ölkəmiz üçün əlamətdar olan qərar qəbul edilib: Qəbələ şəhəri 2020-ci il üçünİslam dünyasının turizm paytaxtı” seçilib. Eləcə də İƏT turizm nazirlərinin 11-ci Konfransının Azərbaycanın sədrliyi ilə Qəbələdə keçirilməsi qərara alınıb. Həmçinin ölkəmiz İƏT Turizm Koordinasiyası Komitəsinə üzv seçilib.

Məlumat üçün bildirək ki, İƏT çərçivəsində artıq bir neçə ildir ki, “İslam mədəniyyətinin paytaxtı” ilə yanaşı , “İslam dünyasının turizm paytaxtı” da seçilir. 2018-ci ildə bu adı İranın Təbriz şəhəri daşıyır. Ötən il Səudiyyə Ərəbistanının Mədinə şəhəri, 2016-cı ildə Türkiyənin Konya şəhəri “İslam dünyasının turizm paytaxtı” olub.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.-8 fevral.- S.12.