Əmlak hüquqlarını
kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən
Azərbaycan Respublikasının
Müəllif Hüquqları
Agentliyinə ödəniləcək
illik haqqın məbləği barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 37 Bakı şəhəri, 7 fevral
2018-ci il
“Azərbaycan Respublikasının Müəllif
Hüquqları Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının
3.5-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Əmlak hüquqlarını kollektiv
əsasda idarə edən təşkilatlar hesabat ili
ərzində müəlliflər
və əlaqəli hüquq sahibləri üçün yığdıqları
qonorarın 5 (beş)
faizi həcmində Azərbaycan Respublikasının
Müəllif Hüquqları
Agentliyinə illik haqq ödəsinlər.
2. Əmlak hüquqlarını kollektiv
əsasda idarə edən təşkilatlar illik haqqın hər növbəti ilin aprel ayının
1-dək Azərbaycan Respublikası
Müəllif Hüquqları
Agentliyinin hesabına köçürülməsini təmin etsinlər.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 10 fevral.- S.4.