Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 3 mart tarixli
54 nömrəli qərarı
ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə
görə məsuliyyətə
cəlb olunmuş şəxslərə qarşı
preventiv tədbirlərin
həyata keçirilməsi
Qaydası”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 38 Bakı şəhəri, 7 fevral
2018-ci il
“Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
17 noyabr tarixli 876-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 29
noyabr tarixli 3423 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 3 mart tarixli
54 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 3, maddə 323) ilə
təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə görə
məsuliyyətə cəlb
olunmuş şəxslərə
qarşı preventiv tədbirlərin həyata
keçirilməsi Qaydası”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.3-cü bəndə
“cinayətin” sözündən
əvvəl “inzibati xətanın və” sözləri, “cinayət əməllərinin” sözlərindən
əvvəl isə “inzibati xəta və” sözləri əlavə edilsin.
2. 1.4-cü bənddə
“cinayətkar” sözü
“hüquqazidd” sözü
ilə, “cinayətkarlığın”
sözü isə “inzibati xətaların və cinayətlərin” sözləri ilə əvəz edilsin.
3. 2.1.3-cü, 4.1.1-ci, 4.1.4-cü və 4.2.1-ci yarımbəndlərə
“cinayətlərin” sözündən
əvvəl “inzibati xətaların və” sözləri əlavə
edilsin.
4. 2.1.5-ci, 4.3.3-cü, 4.4.2-ci, 4.4.9-cu və 4.13.2-ci yarımbəndlərdə
“cinayətlərin” sözü
“əməllərin” sözü
ilə əvəz edilsin.
5. 3.1.1-ci yarımbəndinə
“və cinayətin” sözlərindən əvvəl
“, inzibati xətanın”
sözləri əlavə
edilsin.
6. 4.1.2-ci və
4.3.7-ci yarımbəndlərə “cinayət” sözündən
əvvəl “inzibati xəta və” sözləri əlavə
edilsin.
7. 4.2.6-cı yarımbəndə
“cinayətin” sözündən
əvvəl “inzibati xətanın və” sözləri əlavə
edilsin.
8. 4.2.8-ci yarımbənddə
“cinayət əməllərindən”
sözləri “əməllərdən”
sözü ilə əvəz edilsin.
9. 4.4.3-cü yarımbənddə
“qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri hazırlayan,
əldə edən, satan, həkim təyinatı olmadan qəbul edən, belə vasitələrdən
istifadəni təbliğ
edən və həmçinin narkotik tərkibli bitkilərin əkilib-becərilməsi” sözləri
“narkotik vasitələrin,
psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz
dövriyyəsi” sözləri
ilə əvəz edilsin.
10. 4.4.5-ci yarımbənddə
“həyat və sağlamlığın əleyhinə
olan cinayətlərə”
sözləri “əməllərə”
sözü ilə əvəz edilsin.
11. 4.4.6-cı yarımbənddə
“cinayətlərlə” sözü
“əməllərlə” sözü
ilə əvəz edilsin.
12. 4.5.2-ci yarımbənddə
“cinayət fəaliyyətinə”
sözləri “əməlləri
törətməyə” sözləri
ilə əvəz edilsin.
13. 4.5.3-cü və
4.6.6-cı yarımbəndlərdə “cinayət əməllərinin”
sözləri “əməllərin”
sözü ilə əvəz edilsin.
14. 4.6.1-ci yarımbənddə
“cinayətləri” sözü
“əməlləri” sözü
ilə əvəz edilsin.
15. 4.6.5-ci və
4.7.1-ci yarımbəndlərdə “və psixotrop maddələrin” sözləri
“, psixotrop maddələrin
və onların prekursorlarının” sözləri
ilə əvəz edilsin.
16. 4.8.1-ci yarımbənddə
“cinayət əməllərinə”
sözləri “əməllərə”
sözü ilə əvəz edilsin.
17. 4.12.1-ci yarımbənddən
“cinayətlərin və”
sözləri çıxarılsın.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2018.- 10 fevral.- S.4.