Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
ticarət, ictimai iaşə, məişət
və digər növ xidmət Qaydaları”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
№ 39 Bakı şəhəri, 8 fevral
2018-ci il
“Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 20 oktyabr tarixli 805-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 6 noyabr tarixli 3352 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, № 4, maddə
440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə
615, № 5, maddə 955, № 9, maddə
1563, № 10, maddə 1733; 2017, № 1, maddə 123, № 8, maddələr
1616, 1623, № 9, maddə 1758) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında
ticarət, ictimai iaşə, məişət
və digər növ xidmət Qaydaları”nın 5.5-ci bəndindən
“Azərbaycan Respublikası
Mərkəzi Bankının
müəyyən etdiyi
qaydada və” sözləri çıxarılsın.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 10 fevral.- S.4.