“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il  28 sentyabr tarixli 142 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 40 Bakı şəhəri, 9 fevral 2018-ci il

 

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin  2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 9, maddə 755; 2005, ¹ 12, maddə 1224; 2007, ¹ 2, maddələr 180, 186; 2008, ¹ 2, maddə 120, ¹ 7, maddə 688; 2013, ¹ 12, maddə 1631) 2-ci hissəsindəki cədvəldə “125” rəqəmi “130” rəqəmi ilə əvəz edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 10 fevral.- S.5.