Azərbaycan Xarici İşlər Nazirliyində UNESCO ilə əməkdaşlıq məsələlərinə dair iclas keçirilib

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində UNESCO üzrə Azərbaycan Milli Komissiyasının gələcək fəaliyyət planına dair  iclas keçrilib. Məlumat Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

İclasın məqsədi işçi səviyyədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının  qarşısında duran vəzifələrin və gələcək fəaliyyət planının müzakirəsi olub.

İclasda Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri– UNESCO  üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov açaraq  ölkəmiz ilə UNESCO arasında sıx əlaqələrdən danışıb. Bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri  var. E.Sultanov vurğulayıb ki,  Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ideyalarının təbliği istiqamətində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilir.

Səfir ötən il  ölkəmizin UNESCO -ya üzvlüyünün 25 illiyini qeyd edilib. Ölkəmizlə bu nüfuzlu beynəlxalq qurum  arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb və  vacib  cari məsələlər haqqında məlumat verib.

Sonra iclasda ölkəmiz ilə UNESCO  arasında mədəniyyət, elm, təhsil, informasiya, multikulturalizm, gender bərabərliyi və digər sahələr üzrə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin yeni təkliflər irəli sürülüb və qurumlararası koordinasiyanın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

 

Ü.VAHİDQIZI

 

Xalq qəzeti.- 2018.- 10 fevral.- S.5.