Azərbaycana gələn
turistlərin sayı artıb
Yanvar ayında ölkəmizə
gələn əcnəbi
turistlərin sayı
185 min nəfəri keçmişdir
ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
17 faiz artım deməkdir. Bu barədə
Mədəniyyət və
Turizm Nazirliyi məlumat yayıb.
Azərbaycana gələn vətəndaşların
sayına görə üstünlük təşkil
edən ölkələr
qonşu ölkələr
olan Rusiya Federasiyası (59 990 nəfər),
Gürcüstan (45 679 nəfər),
Türkiyə (24 276) və
İran İslam Respublikası (13 437 nəfər),
həmçinin Birləşmiş
Ərəb Əmirlikləri
(8 265 nəfər) olmuşdur. Bu 5 ölkədən gələnlərin
sayı bütövlükdə
xarici turistlərin 82 faizini təşkil edir.
Ötən ilin yanvar ayı
ilə müqayisədə
say etibarilə daha yüksək artımın
müşahidə edilən
ölkələr Türkiyə
(5 379 nəfər), Gürcüstan
(4 480 nəfər), Rusiya
Federasiyası (3 774 nəfər)
və BƏƏ (2 869 nəfər)
olmuşdur. Bu ölkələrdən
gələnlərin sayındakı
artım cəmi 16 502
nəfər təşkil
etmişdir ki, bu da ümumi
artımın 61 faizini
təşkil etmişdir.
Keçən ilin yanvar ayı
ilə müqayisədə
faiz etibarilə daha yüksək artımın müşahidə
edildiyi ölkələr
isə Küveyt,
Pakistan, Hindistan və
Qətər olmuşdur.
Ölkəmizə gələn
xarici turistlərin 130
118 nəfəri (69,9 faiz) kişi, 55 795 nəfəri (30,1 faiz) isə qadın olmuşdur.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2018.-10 fevral.- S.12.