Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 9 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 41  Bakı şəhəri, 9 fevral 2018-ci il

 

İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 9 yanvar tarixli 5 nömrəli qərarının 1.1-ci 1.2-ci bəndləri müvafiq olaraq 1.2-ci 1.3-cü bəndlər hesab edilsin aşağıdakı məzmunda 1.1-ci bənd əlavə edilsin:

“1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin Təsnifatıüzrə:

1.1.1. “1.2.0.0.0.0. Sosial ayırmalarbölməsinə aşağıdakı məzmunda köməkçi bölmə əlavə edilsin:

“1.2.3.0.0.0. İşsizlikdən sığortaya ayırmalar, 1.2.3.1.0.0. İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı, 1.2.3.2.0.0. İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı, 1.2.3.3.0.0.İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər.”.

1.1.2. “1.4.3.7.0.0. Məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalarparaqrafından sonra “1.4.3.8.0.0. İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalarparaqrafı əlavə edilsin;

1.1.3. Büdcə gəlirlərinin təsnifatına əlavə üzrə:

1.1.3.1. “1.2. Sosial ayırmalarparaqrafının mətni aşağıdakı redaksiyada verilsin:

Sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, işsizlikdən sığortaya sosial ehtiyaclara ayırmalara bölünür. Sosial sığorta işsizlikdən sığorta haqlarının ödənişi məcburi xarakter daşıyır xüsusi fondların yaradılmasını nəzərdə tutur.”;

1.1.3.2. “1.2.2. Sosial ehtiyaclara digər ayırmalarparaqrafından sonra aşağıdakı məzmunda paraqraf əlavə edilsin:

“1.2.3. İşsizlikdən sığortaya ayırmalar dedikdə, “İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sığortaolunan sığortaedən tərəfindən sığortaçıya ödənilən pul məbləği, həmçinin bu Qanunla müəyyən edilmiş digər gəlirlərdən daxilolmalar nəzərdə tutulur.

1.2.3.1. İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi miqdarında ödənilən işsizlikdən sığorta haqqını nəzərdə tutur.

1.2.3.2. İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı işləyənlərin hesablanmış əmək haqlarının 0,5 faizi miqdarında ödənilən işsizlikdən sığorta haqqını nəzərdə tutur.

1.2.3.3. “İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar istisna olmaqla, bu Qanunla müəyyən edilmiş digər mənbələr üzrə daxilolmaları nəzərdə tutur.”.

1.1.3.3. “1.4.3. Cərimə sanksiyalar üzrə daxilolmalarköməkçi bölməsinəməşğulluqsözündən sonra “, işsizliksözü əlavə edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 13 fevral.- S.3.